Funded by


 “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC.İB) Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondunun (UN Trust Fund) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bakı, Gəncə şəhərləri, Qusar, Quba. Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində 25 iyul tarixində Qusar rayonunda seminar təşkil edildi. Seminarın məqsədi əlillyi olan qadınların və qızlara qarşı ictimai yerlərdə münasibət və davranış problemlərinə və zorakılığa dair və onların yaşadığı icmaları tərəfindən dəstəklənməsinin vacibliyi ilə bağlı yerli icma üzvləri ilə görüşmək və diskrimasiyanın aradan qaldırılmasının yollarını müzakirə etməkdir. Seminarda Qusar rayonunda fəaliyyət göstərən müxtəlif sahələrdən icma orqanları və əlilliyi olan şəxslərin yaxınları, qohumları və özləri iştirak etdilər.

Seminar Xaçmaz şəhərində Yeni Azərbaycan Partiyasının konfrans zalında həyata keçirildi. Seminar zamanı layihə çərivəsində həyata keçirilmiş tədbirlər, əldə edilmiş nailiyyətlər və görüləcək işlər haqqında iştirakçılara məlumat verildi.  Seminar zamanı əlillik və cəmiyyətdə əlillik haqqında stereotiplər və səhv davranışlar haqqında müzakirələr oldu. Əlilliyi olan qadınlar və qızlar qarşılaşdıqları problemlər və onların həll yolları haqqında fikirlərini bildirdilər. Həyata keçirlən layihənin dəstəyi ilə bu sahədə görülən və görüləcək işlər və onların önəmliliyi, həlli yolları haqqında müzakirələr aparıldı. Əlilliyi olan qadınların və qızların yaşadığı ailələrdə qarşılaşdığı problemlər haqqında danışıldı və onların hüquqlarının təmini və icmalar tərəfindən onlara bu sahədə dəstəyin verilməsinin önəmi diqqətə çəkildi.
Tədbirdə ümumilikdə 25 nəfər iştirak etdilər.
           
 Layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Xaçmaz rayonlarını əhatə edir və sentyabr 2022 – avqust 2025 (cəmi 36 ay) müddəti ərzində icra olunacaq.

“Əlil Qadınlar Cəmiyyəti” İB Mətbuat xidməti