Azərbaycan Əlilliyi olan Şəxslərin Təşkilatlarının İttifaqı Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Agentliyinin maliyyə dəstəyi ilə “Yaşıl Dünya Naminə İnklüzivlik” layihəsini həyata keçirir. Əsas məqsəd əlillik mövzusunun COP gündəliyinə salınması və əlilliyi olan şəxslərin COP-larda iştirakının təmin olunmasını təşviq etməkdir. Layihənin beynəlxalq partnyor təşkilatı Ərəb Ölkələri Əlilliyi olan Şəxslərin Təşkilatlarının Birliyidir.


Layihənin məqsədləri:
COP29 və növbəti iqlim dəyişikliyi ilə bağlı COP tərbirləri çərçivəsində iqlim dəyişikliyinin əlilliyi olan şəxslərin dünya miqyasında artımının sürətləndirilməsinə və əlilliyi olan şəxslərin müstəqil həyat tərzinə mənfi təsiri ilə bağlı gündəliyin təbliği; Əlilliyi olan şəxslərin və onların təşkilatlarının iqlim dəyişikliyi ilə bağlı COP tərbirlərində daha geniş şəkildə iştirak etməsinin və onlar üçün COP tərbirlərində müyəssərliyin təmin edilməsi.


Layihənin fəaliyyət planı çərçivəsində Ərəb Ölkələri Əlilliyi olan Şəxslərin Təşkilatları Birliyi, Avropa Əlillik Forumu, Beynəlxalq Əlillik Alyansı, Orta Asiya ölkələrinin əlilliyi olan şəxslərin təşkilatları və Azərbaycan Əlilliyi olan Şəxslərin Təşkilatlarının İttifaqının üzvlərindən ibarət Koalisiya yaradılmışdır. Bu şəbəkənin müntəzəm görüşləri keçirilir. Qeyd olunan təşkilatların nümayəndələri üçün “İqlim dəyişmələrinin əlilliyə təsiri, əlilliyi olan şəxslərin və onların təşkilatlarının COP-larda iştirakçılığı” mövzusunda 2 günlük beynəlxalq təlim keçirilmişdir.
- Layihənin fəaliyyət planı çərçivəsində Ərəb Ölkələri Əlilliyi olan Şəxslərin Təşkilatları Birliyi, Avropa Əlillik Forumu, Beynəlxalq Əlillik Alyansı, Orta Asiya ölkələrinin əlilliyi olan şəxslərin təşkilatları və Azərbaycan Əlilliyi olan Şəxslərin Təşkilatlarının İttifaqının üzvlərindən ibarət Koalisiya yaradılmışdır. Bu şəbəkənin müntəzəm görüşləri keçirilir. Qeyd olunan təşkilatların nümayəndələri üçün “İqlim dəyişmələrinin əlilliyə təsiri, əlilliyi olan şəxslərin və onların təşkilatlarının COP-larda iştirakçılığı” mövzusunda 2 günlük beynəlxalq təlim keçirilmişdir.
- 20.11.2024-cü il tarixdə COP29 Yaşıl Zonada “COP tədbirlərində əlillik ilə bağlı problemlərin daxil edilməsi və əlilliyi olan şəxslərin, onların təşkilatlarının COP tədbirlərində daha geniş şəkildə iştirakının təşviqi üçün milli və beynəlxalq təşəbbüslər” mövzusunda beynəlxalq panel müzakirə keçirilmişdir.
Həyata keçirdiyimiz layihənin fəaliyyətləri çərçivəsində Azərbaycan və xarici ölkələrdə əlilliyi olan şəxslərin təşkilatları arasında koalisiyanın yaradılmasi nəzərdə tutulub. Yaradılacaq koalisiyanın isə öz növbəsində əlillik sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların qeyd olunan sahə üzrə yaratdığı beynəlxalq əməkdaşlıq platformalarına qoşulmağı planlaşdırılır.