Funded by

       
   

PRESS RELİZ

 

“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC.İB) Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondunun (UN Trust Fund) maliyyə dəstəyi ilə həyata keçiriyi “Bakı, Gəncə şəhərləri, Qusar, Quba. Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində ilk seminar yanvarın 27 və 28-sı Gəncə şəhrində təşkil edildi. Seminarın məqsədi əlillyi olan qadınların və qızlara qarşı ictimai yerlərdə münasibət və davranış problemlərinə və zorakılığa dair və onların yaşadığı icmaları tərəfindən dəstəklənməsinin vacibliyi ilə bağlı yerli icma üzvləri ilə görüşmək və diskrimasiyanın aradan qaldırılmasının yollarını müzakirə etməkdir. Seminarda Gəncə şəhərində fəaliyyət göstərən yerli icma orqanları və əlilliyi olan şəxslərin qohumları və özləri iştirak etdilər.
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə xanım Rəhimova seminarın ilk gününü açıq elan etdi və layihə haqqında iştirakçılara geniş məlumat verdi. Seminar zamanı əlillik və cəmiyyətdə əlillik haqqında stereotiplər və səhv davranışlar haqqında məlumat verildi. Həyata keçirlən layihənin bu sahədə görəcəyi işlər və onların önəmi haqqında danışıldı. Həmçinin, əlilliyi olan qadınların və qızların yaşadığı ailələrdə qarşılaşdığı problemlər haqqında danışıldı və onların hüquqlarının təmini və icmalar tərəfindən onlara bu sahədə dəstəyin verilməsinin önəmi diqqətə çəkildi.
Seminarın ilk günündə Gəncə şəhərində Daxili Koordinasiya Şurası yaradıldı. Bundan əlavə əlilliyi olan insanlararasında koordinasiya şurası yaradıldı. Bu Şuraların yaradılmasında məqsəd əlilliyi olan insanların qarşılaşdığı çətinliklər, problemlər, onların gözləntiləri, problemlərin həll yolları araşdıraraq və bir yerə toplayaraq yanvarın 26-sı yaradılmış Koordinasiya Şurasına təqdim edəcək. Tədbriin sonunda iştirakçıların əlilliyi olan şəxslərlə əlaqədar bilik və bacarıqlarını yoxlamaq üçün psixoloji testlər keçirildi.
Qeyd etmək lazımdır ki, “Bakı, Gəncə şəhərləri, Qusar, Quba. Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsinin əsas məqsədi yoxsul ailələrdən o cümlədən məcburi köçkün olan əlil qadınlar və qızlar üçün ictimai xidmətlərin əlçatanlığını və keyfiyyətini daha da artırmaqdır. Layihə çərçivəsində müəyyən mərhələlərlə əliliyi olan qadın və qızların üzləşdiyi problemlərin ictimailəşməsi, onların cəmiyyətdə qarşılaşdıqları problemilərin öyrənilib təhlil edilməsi, bu kateqoriyadan olan şəxslərin üzlədiyi subyektiv səbəblərin aradan qaldırılması üçün maarifçi xəttin aparılması təmin ediləcək. Sosial, səhiyyə, ədliyyə, məşğulluq, təhsil, hüquq mühafizə orqanlarının əməkdaşlarına müxtəif növ əlilliyi və kommunikaisya çətinlikləri olan qadın və qızlar ilə peşəkar etik ünsiyyətin və onlara xidmət göstərməyə dair kommunikativ bilik və bacarıqların öyrədilməsi layihənin əsas istiqamətlərindəndir. Layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Xaçmaz rayonlarını əhatə edir və sentyabr 2022 – avqust 2025 (cəmi 36 ay) müddəti ərzində icra olunacaq.

“Əlil Qadınlar Cəmiyyəti” İB Mətbuat xidməti