PRESS RELİZ
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC.İB) Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondunun (UN Trust Fund) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bakı, Gəncə şəhərləri, Qusar, Quba, Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində ictimai xidmətlər göstərən dövlət qurumlarının əməkdaşlarına avqust ayının 21-22 tarixləridə Bakı şəhərində Çıraq Plaza Hoteldə 2 günlük təlimlər təşkil olundu. Təlim peşəkar təlimçi Günel İbrahim tərəfindən keçirilmişdir. Təlim zamanı təlimçi Günel İbrahim tərəfindən sosial, səhiyyə, ədliyyə, məşğulluq, təhsil, hüquq mühafizə sahələrində fəaliyyət göstərən qurumların əməkdaşları üçün müxtəif növ əlilliyi və kommunikaisya çətinlikləri olan qadın və qızlar ilə peşəkar etik ünsiyyət və onlara xidmət göstərməyə dair kommunikativ bilik və bacarıq sahələrini peşəkarcasına önə çəkmişdir.
Təlimdə Ədliyyə, Təhsil, Səhiyyə, ƏƏSM, Rİ.Nəqliyyat Nazirliyi, DIN, Mədəniyyət Nazirliyi, Baki şəhər Baş Polis İdarəsi, TƏBIB, KOBİA, AQUPÜDK, ARTİ, UBM, ASAN XIDMƏT, DOST, Məşğulluq, SXA Agentlikləri, TSEK, İTS, Baki Sğorta, 1 nömrəli və Şaqan Reabilitasiya Mərkəzləri və digər qurumların əməkdaşları iştirak edirdilər. Təlim maraqlı anları ilə iştirakçılar tərəfindən rəğbətlə qarşılandı. Sonda təlim iştirakçılarına sertifikatlar verildi. Təlim BU GÜN TV və Səhiyyə TV tərəfindən işıqlandırıldı.
Əlilliyi olan qadın və qızlara dövlət, vətəndaş cəmiyyəti və özəl təşkilatlar tərəfindən münasibətin yaxşılaşdırılması, onlara qarşı olan zorakılıq hallarının qarşısının alınması, icitmai xidmətlərin keyfiyyətinin və müyəssərliyinin təmin edilməsi təlimin əsas məqsəd kimi qarşıya qoyulub.
Təlimin mövzüları:
- Birgə yaşamaq mədəniyyəti ;
- Etik davranıış qaydaları;
- Əlilliyi olan qadınlarla davranış etikası; Öhdəliklərimiz;
- İctimaiyyətin vəzifəsi;
- Beyin alimlərinin ixtiraları əsasında davranış kodları;
- Emosional zəka meyyarları;
- Xüsusi bədən dili;
- İş mühitində qeyri verbal göndərmələr xəritəsi;
- Nitq Formulaları: Xarizmatik nitq. Mütəxəssis nitqi. Motivasiya nitqi;.
- Narazılıqları sürətli dəf etmə texnikası;
- Neyro Estetika- beyin məşqləri. Stresədavamlılıq.
Layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Xaçmaz rayonlarını əhatə edir.
İcra müddəti sentyabr 2022 – avqust 2025 (cəmi 36 ay) ərzində icra olunacaq.
“Əlil Qadınlar Cəmiyyəti” İB Mətbuat xidməti