“ƏLIL QADINLAR CƏMIYYƏTI” İCTIMAI BIRLIYI (ƏQC İB)
MƏLUMAT

QHT-nin əsas fəaliyyət istiqaməti (missiyası)
Azərbaycanda yaşayan yaşından irqindən, dini mənsubiyyətindən asılı olmayaraq əlil insanların problemlərinin həlli, hüquqlarının müdafiəsində yaxından iştirak etmək, psixoloji sahələrdə xidmət göstərməklə həyat dəyərini yüksəltmək və cəmiyyətə intirasya etmək

QHT-nin məqsədi
Əlil insanlarin, əsasən də əlil qiz və qadinlarin sosial və məişət problemlərini yaxşilaşdirmaq, ictimaiyyətlə əlaqəsini gücləndirərək beynəlxalq ictimai həyatinda yaxindan iştirak etmək, əlillərin səmərəli iş fəaliyyətini dünyaya çatdirilmasi və həyat səviyyəsinin yüksəldilməsi, dünya görüşlərinin zənginləşdirərək, səmərəli ideya və təkliflərini mütərəqqi iş formalarini Azərbaycana gətirmək

QHT-nin əsas tərəfdaşları
Azərbaycan Respublikasının Prezident Aparatı, İcra Hakimiyyəti Orqanları, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ombudsman, UNİCEF, İsveçrə səfirliyi,Yaponya səfirliyi, Almanya səfirliyi, BMT, BƏƏ və. s


SAĞLAMLIQ IMKANLARI MƏHDUD UŞAQLAR ÜÇÜN ICMA ƏSASLI SOSIAL REABILITASIYA XİDMƏTLƏRİ


“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi 1997-ci ildə yaranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 1998-ci il 11 dekabr tarixində qeydiyyata alınıb.
 Məqsədi: Xidmət etdiyi əlilliyi olan qadın və qızlara onların sosial, psixoloji və fiziki sağlamlıq, iqtisadi vəziyyətini yaxşılaşdırmaqdır və Azərbaycan Respublikası və beynəlxalq qanunvericilik çərçivəsində hüquqlarının qorunmasıdır.

Təşkilatın əsas missiyası:  əlilliyi olan şəxslərin, qadın və qızların (qaçqın, məcburi köçkün, müharibədən sağ çıxmış şəxslər də daxil olmaqla) problemlərini öyrənmək, onların sosial, iqtisadi, təhsil, məşğulluq və sağlamlıq problemlərinin həlli üçün peşəkar yardım və psixoloji dəstək göstərməklə, əlilliyin qarşısının alınması, əlillərə qayğının göstərilməsi ilə bağlı maarifləndirmə işinin təşkili, əhalinin sosial müdafiəsi və sağlamlığının qorunması sahəsində tədbirləri təbliğ   etməkdən ibarətdir ;

Təşkilat mövcud problemlər barədə ictimaiyyəti məlumatlandırmaq və onlara qarşı zorakılığın qarşısını almaq və azaltmaq üçün əlilliyi olan qadınların hüquqlarının təşviq edilməsini hədəfləyir.

Baxış: Əlilliyi olan şəxslər və cəmiyyət arasında mövcud olan fiziki və psixoloji maneələri aradan qaldırmaq üzərində çalışırıq

Biz əlilliyi olan qadın və qızların ictimai həyatla əlaqələrinin gücləndirilməsi üzərində işləyirik.

Biz yerli icmaları onların qarşılaşdıqları problemlər barədə məlumatlandırırıq.

Biz cəmiyyətimizi və qərar qəbul edənləri əlilliyi olan qadın və qızlara sağlam və məhsuldar həyat gətirmək üçün ehtiyac olan zəruri mütərəqqi və hərtərəfli dəyişikliklərlə tanış edirik.

Biz hökumət, bələdiyyə, yerli və beynəlxalq QHT-lər və yerli icmalarla güclü iş əlaqələri qururuq.

Təşkilatın diqqət mərkəzində əlilliyi olan qadın və qızların qarşılaşdıqları əsas problemlərin müəyyən edilməsi və onlara qarşı zorakılığın qarşısının alınması, daha güclü və müstəqil olmaları üçün onlara sosial, hüquqi, təhsil, iqtisadi, reabilitasiya və psixoloji xidmətlər göstərməkdir.
Təşkilat təsisçiləri və üzvləri tərəfindən idarə olunur: onun əməkdaşları, idarə heyəti üzvləri və könüllülər əsasən əlilliyi olan qadınlardır.

Təşkilat Bakıda və Azərbaycanın bölgələrində fəaliyyət göstərir. Onun əksər rayonlarda filialları var.

Biz işlədiyimiz hər bir yerdə əlilliyi olan və olmayan aktiv və təşəbbüskar qadınları axtarır və onları təşkilatın layihə və xidmətlərinin planlaşdırılması və həyata keçirilməsinə cəlb edirik.

Təşkilat ailələrində və həmçinin ictimai yerlərdə gender əsaslı zorakılıqla üzləşən əlilliyi olan (kəsişən ayrı-seçkilik formalarını yaşayan) qadın və qızlara diqqət yetirməklə, marginallaşmış qadınların hüquqlarının həyata keçirilməsi üzrə fəaliyyətlərin təmin edilməsi üzərində işləyir.

Təşkilatın fəaliyyəti: əlilliyi olan qadınlara və qızlara qarşı ayrı-seçkiliyin və gender əsaslı zorakılığın müxtəlif formalarının ən açıq şəkildə müşahidə olunduğu kənd ərazilərində cəmlənib.

“Əlil Qadınlar Cəmiyyət”İctimai Birliyi 17 aprel 2014-cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məişət zorakılığından əziyyət çəkən qadın və qızlara xidmət göstərən təşkilat kimi akkreditasiyadan keçmişdir.

Təşkilatımız əlilliyi olan qadın və qızların hüquqlarının müdafiəsi məqsədi ilə onlara qarşı zorakılığın qarşısının alınması üzrə bir sıra layihələr həyata keçirmiş, kitab və broşürlər, CD-lər nəşr etmiş, maarifləndirmə tədbirləri və təlim kursları keçirmiş, bir sıra dövlət və qeyri-hökumət təşkilatları ilə məhsuldar əməkdaşlıq qurmuşdur. Qadın və qızların sosial və iqtisadi problemlərinin davamlı həllinə kömək etmək üçün Bakıda və ölkəmizin regionlarında böyük iş təcrübəsi olan personal və bölmələrimiz var.

QEYD: “Əlil Qadınlar Cəmiyyət” İctimai Birliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə sıx əməkdaşlıq edirik. Əlilliyi olan uşaqlara Sosial Reabilitasiya Mərkəzləri yaradır, onların cəmiyyətə inteqirasiyasına dəstək oluruq. Günərzi Qayğı Mərkəzləri yaradır- az təminatlı ailələrin uşaqlarına sosial xidmətlər göstərilir.

ƏQC İB 2019-cu ildən BMT-nin İqtisadi və Sosial Şurası ilə xüsusi məsləhətçi statusuna malikdir.