“Bakı, Gəncə şəhərləri, Qusar, Quba. Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində
Bakı şəhərində seminar təşkil edildi.


                                                                   PRESS RELİZ
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC.İB) Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondunun (UN Trust Fund) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bakı, Gəncə şəhərləri, Qusar, Quba. Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində 21-22 noyabr 2023-cü il tarixlərində Bakı şəhərində  seminar təşkil edildi. Seminarın məqsədi əlillyi olan qadınların və qızlara qarşı ictimai yerlərdə münasibət və davranış problemlərinə və zorakılığa dair və onların yaşadığı icmaları tərəfindən dəstəklənməsinin vacibliyi ilə bağlı yerli icma üzvləri ilə görüşmək və diskrimasiyanın aradan qaldırılmasının yollarını müzakirə etməkdir. Seminarda Bakı şəhərində fəaliyyət göstərən müxtəlif sahələrdən icma orqanları və əlilliyi olan şəxslərin yaxınları, qohumları və özləri iştirak etdilər.
 “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə xanım Rəhimova seminarın məqsədi haqqında, layihənin uğurlu strategiyası haqqında iştirakçılara geniş məlumat verdi. Seminar zamanı əlillik və cəmiyyətdə əlillik haqqında stereotiplər və səhv davranışlar haqqında məlumat verildi. Seminarda iştirak edən SENİ şirkətinin layihə rəhbəri Fəridə  Fərziyeva  şirkəti məhsullarından 16 nəfər əlilliyi olan qadın və qızlar hədiyyələrini payladı. Seni şirkəti tərəfindən hər zaman qadınlarımızın yanında olacaqlarını bildirdi. “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə xanım Rəhimova SENİ Şirkətinin əməkdaşlarını dəstəyinə görə təşəkkür məktubu ilə təltif edildi.  Əlilliyi olan qadınlar və qızlar tərəfindən maraqlı təkliflər irəli sürülərək, daha çox qarşılaşdıqları problemlərin həllində dəstək istiqamətləri gündəmə gətirildi. Həyata keçirlən layihənin dəstəyi ilə bu sahədə görülən və körüləcək işlər və onların önəmliliyi, həlli yolları haqqında müzakirələr aparıldı. Əlilliyi olan qadınların və qızların yaşadığı ailələrdə qarşılaşdığı problemlər, onlara qarşı yönəlmiş zorakılıq halları haqqında danışıldı və onların hüquqlarının təmini və icmalar tərəfindən onlara bu sahədə dəstəyin verilməsinin önəmi diqqətə çəkildi.
Tədbirdə ümumilikdə 27 nəfər iştirak etdi..
  Layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Xaçmaz rayonlarını əhatə edir və sentyabr 2022 – avqust 2025 (cəmi 36 ay) müddəti ərzində icra olunacaq.
“Əlil Qadınlar Cəmiyyəti” İB Mətbuat xidməti