“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyindən SİA-ya verilən xəbərə görə, uşaqlarla yanaşı, ailələrinə dəstək üçün onların ailə üzvlərinin də müayinəsi aparılıb, oftalmoloji sağlamlıq vəziyyəti yoxlanıb. Müayinənin nəticələrinə əsasən onlardan bəzi şəxslərə zəruri həkim məsləhəti xidməti də göstərilib. Layihə aztəminatlı və sosial təhlükəli vəziyyətdə olan ailələrin müraciətləri əsasında onların sosial problemlərinin həllinə dəstək məqsədilə icra olunur. Bu ilin sentyabr ayından pilot olaraq yaradılan iş mərkəzləri hazırda Şirvan, Ağcabədi və Gəncə şəhərlərində fəaliyyət göstərir. Bu müddət ərzində mərkəzlər tərəfindən ümumilikdə 90 nəfərə xidmət göstərilib.