Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi |
“Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili” (Qazax şəhəri üzrə) valideyinlərlə keçirilən təlim və zəfər günü qeyd edildi
Ünvan: Qazax rayonu Sosial Reabilitasiya Mərkəzi
Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi (ƏQC.İB) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmət Agentliyi dəstəyi ilə “Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili “ (Qazax rayomu üzrə) layihəsi fəaliyyətini davam etdirir. Mərkəzə 100 əliliyi olan uşaqlar cəlb olunub.
“Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili“ layihəsi çərçivəsində Qazax rayonunda fəaliyyət göstərən mərkəz tərəfindən 07.11.2022-ci il tarixində Uşaq Hüquqları ilə bağlı valideyinlərə təlim keçirilmişdir. Təlimdən sonra 08 noyabr Zəfər Tariximizlə bağlı əlilliyi olan uşaqların iştirakı ilə musiqili proqram təşkil edilmişdir. Tədbirdə Qazax Şəhər İcra Hakimiyyətinin nümayəndəsi, digər qurumlardan nümayəndələr iştirak etmişdi. Layihə rəhbəri Məhluqə Rəhimova çıxışında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmət Agentliyinin dəstəyini, uşaqların inkişafında görülən işləri, həyata keçirilən fəaliyyətləri yüksək qiymətləndirmişdir. Uşaqlar tərəfindən hazırlanan proqram tədbir iştirakçılarnda yüksək əhval- ruhiyyə yaratmışdır. Tədbirin sonunda birlikdə xatirə şəkili çəkdirilmişdir.
Təşkil olunan təlimdə Reabilitasiya Mərkəzinn işçi heyyəti ilə uşaqların valideyinləri təşkil olunan görüşlərin Sosial Reabilitasiya Mərkəzində davamlı olaraq keçirilməsi, təklifini irəli sürmüşdür.
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi (ƏQC.İB) mətbuat xidməti.Təşkil olunan təlimdə Reabilitasiya Mərkəzinn işçi heyyəti ilə uşaqların valideyinləri təşkil olunan görüşlərin Sosial Reabilitasiya Mərkəzində davamlı olaraq keçirilməsi, təklifini irəli sürmüşdür.