Описание: A picture containing text, clipart

Description automatically generated

 




Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin tabeliyində
Sosial Xidmətlər Agentliyi

 

“Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili” (Göygöl rayonu  üzrə) valideyinlərlə keçirilən təlim və zəfər günü qeyd edildi
Ünvan: Göygöl rayonu Gənclər  evi                                            
 
#ƏƏSMN#SosialXidmətlərAgentliyi#SXA#SağlamlıqİmkanlarıMəhdudUşaqlar
 Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi (ƏQC.İB) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmət Agentliyi dəstəyi ilə “Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili “ (Göygöl rayonu üzrə) layihəsində 100 sağlamlıq imkanları məhdud olan uşaqlar cəlb olunub.
      “Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili“ layihəsi çərçivəsində Göygöl rayonundə fəaliyyət göstərən mərkəz tərəfindən Gənclər Evində 05.11.2022-ci il tarixində Uşaq Hüquqları ilə bağlı valideyinlərə təlim keçirilmişdir. Təlimdən sonra 08  noyabr Zəfər Tariximizlə bağlı əlilliyi olan uşaqların iştirakı ilə musiqili proqram, əl işlərinin sərgisi  təşkil edilmişdir. Tədbirdə Göygöl rayonu İcra Hakimiyyətinin başçısının 1-ci müavini Kəmalə İbrahimova, Mədəniyyət Mərkəzinin, Gənclər Mərkəzinin və digər qurumların nümayəndələri iştirak etmişdilər. Göygöl rayonu İcra Hakimiyyətinin başçısının müavini çıxış edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmət Agentliyinin dəstəyini, uşaqların inkişafında görülən işləri, həyata keçirilən fəaliyyətləri yüksək qiymətləndirmişdir. Uşaqlar tərəfindən hazırlanan  proqram tədbir iştirakçılarnda yüksək əhval- ruhiyyə yaratmışdır. Tədbirin sonunda birlikdə xatirə şəkili çəkdirilmişdir. Layihə rəhbəri tərəfindən uşaqlara hədiyyələr verilmişdir. 
        
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi (ƏQC.İB) mətbuat xidməti.