Описание: A picture containing text, clipart

Description automatically generated

 


Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin tabeliyində
Sosial Xidmətlər Agentliyi
#ƏƏSMN#SosialXidmətlərAgentliyi#SXA#SağlamlıqİmkanlarıMəhdudUşaqlar
 
 
“Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili” (Ağstafa  rayonu  üzrə) valideyinlərlə keçirilən təlim və zəfər günü qeyd edildi
Ünvan: Ağstafa  rayonu Mədəniyyət Mərkəzi                                          
 
" Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi (ƏQC.İB) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmət Agentliyi dəstəyi ilə “Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili “ (Ağstafa  rayonu üzrə) layihəsi fəaliyyətini davam etdirir. Mərkəzə 100 əliliyi olan uşaqlar cəlb olunub.  
 “Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili“ layihəsi çərçivəsində Ağstafa  rayonundə fəaliyyət göstərən mərkəz tərəfindən  Mədəniyyət Mərkəzində 07.11.2022-ci il tarixində Uşaq Hüquqları ilə bağlı valideyinlərə təlim keçirilmişdir. Təlimdən sonra 08  noyabr Zəfər Tariximizlə bağlı əlilliyi olan uşaqların iştirakı ilə musiqili proqram təşkil edilmişdir. Tədbirdə  Ağstafa rayonu İcra Hakimiyyətinin başçısının gənclər üzrə iş şöbəsinin müdiri, Mədəniyyət evinin, SXA-nin, müxtəlif qurumların nümayəndələri ştirak etmişdi.  Ağstafa rayonu İcra Hakimiyyətinin nümayəndəsi, digər qonaqlar çıxış edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmət Agentliyinin dəstəyini, uşaqların inkişafında görülən işləri, həyata keçirilən fəaliyyətləri yüksək qiymətləndirmişdir. Uşaqlar tərəfindən hazırlanan  proqram tədbir iştirakçılarnda yüksək əhval- ruhiyyə yaratmışdır.  
Təşkil olunan təlimdə Reabilitasiya Mərkəzinn işçi heyyəti ilə uşaqların valideyinləri təşkil olunan görüşlərin Sosial Reabilitasiya Mərkəzində davamlı olaraq keçirilməsi, təkliflərin  verilməsi sahəsində maraqlı diskusiyalar sual- cavablar təşkil edilmişdir. Sonda valideyinlər tərəfindən maraqlı təkliflər verilmişdir.
      
   “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi (ƏQC.İB) mətbuat xidməti.