16-18 Avqust 2019-cu ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Qazax Rayon İcra Hakimiyyəti və “Əlil Qadınlar” Cəmiyyətinin dəstəyilə Qazax rayonunda yerləşən və “Əlil Qadınlar” Cəmiyyəti tərəfindən fəaliyyət göstərən Qazax Günərzi Qayğı Mərkəzində “Dəcəl Balam” Ailə və Uşaq İnkişaf Mərkəzi, “Ailə, Qadın və Uşaqların İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən valideynlər və uşaqlar arasında ünsiyyət və davranışın inkişafı çərçivəsində keçirilməsi planlaşdırılan “Övladım və Mən” adlı dəstək layihəsi baş tutdu.
Tədbirin ekspertləri qismində Medical Hospital və 4 saylı uşaq poliklinikasının ümumi pediatrı Lamiyə Tağıyeva, rəssam Lalə Ağayeva, Vəkillər kollegiyasının üzvü vəkil Ziya Bağırov, PTİY İB-nin sədri, AMEA-nın disertantı, kitabxana-biblioqrafiya sahəsini tədris edən müəllimə İradə Əlili, oftalmoloq Səba Bayramova, müəllimə Aytən Əskərova, “Əlil Qadınlar” Cəmiyyəti İB-nin sədri Məhluqə Rəhimova, bəstəkar Sevinc Tofiqqızı, layihə rəhbəri, “Dəcəl Balam” Ailə və Uşaq İnkişaf Mərkəzi, “Ailə, Qadın və Uşaqların İnkişafına Dəstək” İctimai Birliyinin sədri Dilşad Musa və Xəbər24 Media rəhbəri Anar Quliyev yer aldı.
Ümumi pediatr Lamiyə Tağıyeva və oftalmoloq Səba Bayramova uşaqları müayinə etdi, rəssam Lalə Ağayeva uşaqlarla rəssamlığın sirrlərini bölüşüb rəsmlər çəkdi, vəkil Ziya Bağırov tədbir iştirakçılarını uşaq hüquqları barəsində məlumatlandırdı, İradə Əlili uşaq ədəbiyyatı, Sevinc Tofiqqızı musiqi haqqında dəyərli fikirlər səsləndirdi, uşaqlara maraqlı bilgilər verdi, müəllimə Aytən Əskərova uşaqların ibtidai, Dilşad Musa ingilis dili biliklərini yoxladı.
Tədbirin açılışını giriş sözlərilə “Dəcəl Balam” Ailə və Uşaq İnkişaf Mərkəzi və “Ailə, Qadın və Uşaqların İnkişafına Dəstək” İctimai Birliyinin sədri Dilşad Musa etdi. Bundan sonra “Əlil Qadınlar” Cəmiyyəti İB-nin sədri Məhluqə Rəhimova da layihə ilə bağlı fikirlərini iştirakçılarla bölüşdü.
Tədbirdə, həmçinin, Qazax Rayon İcra Hakimiyyətinin baş psixoloqu Kəmalə xanım Cəfərova və Qazax Rayon Sosial Müdafiə Fondunun sosial məsələlər üzrə sektor müdiri iştirak etdi.
Qeyd edək ki, komanda, əsasən, sosial problemli və fiziki məhdudiyyətli uşaqlardan ibarət oldu.
“Övladım və Mən” layihəsi bir növ inkluziv təhsil yanaşması ilə uşaqların inkişafına dəstək xarakteri daşıyır.
Sonda “Əlil Qadınlar” Cəmiyyəti İB-nin sədri Məhluqə Rəhimova və “Dəcəl Balam” Ailə və Uşaq İnkişaf Mərkəzi, “Ailə, Qadın və Uşaqların İnkişafına Dəstək” İctimai Birliyinin sədri Dilşad Musa Xəbər24-ə müsahibələrində layihə haqqında öz fikirlərini və təəssüratlarını bölüşüblər.