5 iyul 2013 cü ildən Qazax rayonunda həyata keçirilir. Layihə çərçivəsində (3 – 6 və 6 - 12) yaşadək çətin həyat şəraitində olan uşaqlara Günərzi Qayğı Mərkəzində maddi, mənəvi yardım göstərilir. Günərzi mərkəzində məktəbəqədər və məktəb yaşlı uşaqlardan ibarət iki qrup formalaşdırılmışdır. 30 uşaq üçün nəzərdə tululan mərkəzə tək valideynlı, hər iki valideynini itirmiş və nənə, baba, xala, bibi, əmi, dayı, v.sarə ailənin himayəsində olan uşaqlar, birinin əlilliyi və ya xəstəliyi olan, digərinin (və ya hər iki valideyninin) isə daimi iş yerinin olmaması səbəbindən günün çox hissəsini günəmuzd qaydada işləyən valideynlərin uşaqları və inteqrativ təhsilə cəlb oluna bilən sağlamlıq imkanları məhdud uşaqlar cəlb edilmişdir.
Günərzi Qayğı Mərkəzinin əməkdaşları tərəfindən yaş və psixoloji xüsusiyyətlərinə uyğun təlim-tərbiyə prosesini təşkil etməklə, risk qrupuna aid olan uşaqların inkişafını və tərbiyəsini təmin edərək, onların inkişafı üçün müxtəlif təlimlər həyata keçirir. Mərkəzin əsas məqsədi sosial xitmətə ehtiyaclı olan uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınmasıdır.
Qazax rayonundakı Günərzi Mərkəzinə cəlb olumuş könüllülərin dəstəyi ilə valideyinləri cəlb edərək evdə uşaqlarla davranlş qaydaları ilə bağlı təlimlər keçirilərək, infarmasyanın yayılmasına nail olmuşlar.



