“Sağlamlıq İmkanları məhdud uşaqlara səyyar sosial reabilitasiya xidmətinin göstərilməsi” ( Bakı şəhəri- (Nərimanov, Nəsimi, Nizami, Xətai, Sabunçu) və Qazax rayonu üzrə) yüksək səviyyədə təşkil edilmişdir.
Sağlamlıq İmkanları məhdud uşaqlara səyyar sosial reabilitasiya xidmətinin göstərilməsinin inkişafı:
Evlərdə beyin inkişaf etdirici xüsusi ləvazımatlar.
Reabilitasiya işi üçün əlavə olaraq xüsusi (qavrama, təsəvvüredici, böyük və kiçik motor bacarıqlarını inkişaf etdirmək üçün) və avadanlıq icarəyə götürülmüşdür. Surdoavadanlıqlar icarəyə götürülmüşdür. Masaj döşəkləri, ayaqaltı masaj edici alət, beynə siqnal ötürücü iqla növlü şariklər;
Özünü dartmaq üçün, əzələlərin açılması, bərpası üçün rezin dartımlar . Gözlərin eyni istiqamətə yönəlməsinin bərpası üçün xüsusi aparat. (zəif görənlər üçün) Rənglərin tanıdılması üçün taxtadan hazırlanmış xüsusi fiqurlardan ibarət kubiklərdən istifadə edilmişdir. Masaj qumlarından istifadə xüsusi önəmli proqramlardan biri oldu.
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onların valideyinləri bərpa prosesinin tərkib hissəsi kimi, bu kimi ləvazımatlardan istifadə etmıələrinə imkanlar yaradıldı. Səyyar xidmətlər zamanı rəsm tarafareti ilə işləmələrə üstünlük verildi.  Xəstəxana heyəti ilə əməkdaşlıq əlaqələri yaradıldı:                                   


Bakı şəhərinin rayonlarında və Qazax rayonunda ən zəif uşaqların bir çoxuna özlərinin bütün imkanlarını üzə çıxarmaqda kömək edir.Biz bunu hər bir vəziyyətə uyğun proqramlar işləyib hazırlamaqla edirik və bunu gələcəkdə də başqa uşaqlara kömək etməklə davam etdirəcəyik.
Konsultasiyalar hər gün (şənbə və bazar günündən başqa) saat 9.00 – dan 17.00 – a qədər keçirilir. Ailələrə səfərlər edilir. Konsultasiyada işçi heyətinin iki üzvü iştirak edir. İnkişaf geriliyi olan uşaqlar və onların  valideynləri konsultasiyaya  2-ay ərzində konsultasiya xidmətindən 100  uşaq faydalanıb.
Uşağın və valideynin ehtiyaclarından asılı olaraq hər bir uşaq üçün  1-2 dəfə fərdi məşğələ  təşkil edilir.  2-ay ərzində 100  uşaq fərdi məşğələlərdə iştirak edib.
Praktiki iş zamanı təcrübə bölgüsü aparılır və nəzəri materiallardan istifadə edilir.



Layihə müddətində səyyar xidmətlərin nəzərdən  keçirilməsi, işçi heyəti layihəyə cəlb olunana uşaqların valideyinlərinin xahişi ilə onlayn konsultasiyaların təşkil olunmasına üstünlük verildi. Fərdi məşğələlərin təşkili nəzərdə tutulur:
Könüllülük
Könüllülər bizim həyata keçirdiyimiz istənilən layihəyə öz vaxt və bacarıqlarını sərf etməklə kömək edə bilərlər. Heç bir köməyi olmayan uşaqlarla işləmək üçün tələb olunan əsas bacarıqlar arasında işə həvəsli və səbrli olmaq əsasdır. Könüllü işi və hal-hazırda olan könüllülərdən bəzi təcrübələr haqqında bəzi nümunələr haqqında oxuyması tövsiyyə olunmuşdur.
Hal-hazırda həyata keçirilən sponsorluq fəaliyyəti uşaqlar, onların ailələri və onların yaşadığı cəmiyyətə edilən yardımın uzun müddətli olmasıüçün vəsaitlərlə təmin edir.
Uşağa sponsorluq etməklə, sən hər ay müntəzəm olaraq kömək edirsən və aşağıdakıları əldə edəcəksən:
Uşağın foto şəkli və onun həyatı haqqında məlumat
İldə iki dəfə olmaqla onun vəziyyəti haqqında məlumat
Müntəzəm olaraq ƏQC.İB-nin  məlumat materialları
Müntəzəm sponsorluq aşağıdakılar üçün ödəmə həyata keçirir:
Fərdi terapiya
Valideynlər üçün sosial dəstək
İƏRM-də  işçi heyət üçün treninq
Layihələr üçün oyuncaq və ləvazimatlar
Müəssisələr və ailələrə könüllü dəstəyi
Layihələrin genişlənməsi üçün inkişafı

Əldə olunan nəticələr:
 
  • Səyyar sosial reabilitasiya xidmətlərinin göstərilməsi üçün sağlamlıq imkanları məhdud olan uşaqlar müəyyən edilib, fərdi qayğı planları hazırlanıb və onlara xidmət göstərilmişdir;
  • Səyyar sosial reabilitasiya xidmətlərinə cəlb olunan uşaqların Funksional bacarıqları tam və ya qismən  bərpa olunmaları üçün mütəxəsislər tərəfindən inkişaf proqramları həyata keçirilmişdir;
  • Əlil uşaqların ailələrinə sosial sahədə qarşılaşdıqları problemlərlə bağlı dəstək verilmişdir. 
  • Valideyn bacarıqlarının inkişafına yönəldilmiş xidmətlər göstərilməli;
  • Layihənin həyata keçirildiyi şəhər və rayonlarda xidmətin həyata keçirilməsi üçün işçi heyəti yaradılmışdır.
  • İnkluziv təhsil sahəsində mövcud vəziyyət  analiz edilmişdir;
  • Valideyn, müəllim, şagirdlər üçün “Əlilliyin dərki” və “İnkluziv təhsil” mövzularında maarifləndirici fəaliyyətlər həyata keçirilmışdır.
  • Layihənin dəstəyi ilə sosial sahədə davam edən problemlərin aradan qaldırılması məqsədi ilə lobbiçilik həyata keçirilmişdir.
  • Aparılmış maarifləndirmə işi və təlimlərdən sonra hədəf qruplarının özlərinin fikirlərinə görə əvvəlki və son vəziyyətin müqayisəsi görülmüş işlərin həm keyfiyyətinin, həm də təsirini özündə göstərmişdir. Layihədən uşaqlar və onların valideynləri, bu sahədə çalışan müəllimlər qədərincə məlumatlandırılmışdır. 
  •  Əhali arasında layihənin mahiyyəti barədə məlumatlanma aparılmışdır. 
  •  İnteqrativ təhsilə cəlb oluna bilən sağlamlıq imkanları məhdud uşaqlar müəyyənləşdirilmişdir.
  • Əlilliyi olan uşaqların valideynləri, uşaqlar ilə maarifləndirmə işləri aparılmışdır.
  • Əlilliyi olan uşaqların valideynləri və onlarla məşğul olan pedaqoji işçilər üçün elmi-metodiki tövsiyələr verilmişdir.
  • Əlilliyi olan uşaqların valideyinləri ilə uşaqların qavrayış, emosional və fiziki inkişafına və onların sosial uyğunlaşmasına yardım etmək, ailələrə gündəlik həyat vərdişlərini aşılamaq, koqnitiv bacarıqlarını inkişaf etdirmək məqsədi ilə yeniliklər  məqsədi ilə məlumatlar toplanmışdır.
  • Əlilliyi olan uşaqların sosial kimsəsizliyinin profilaktikası və onların inkuluziv təhsilə cəlb olunmamaları  zərurətinin minimuma endirilməsi üçün kompleks sosial xidmətlər ;