
Təşkilatın həyata keçirdiyi proqram bölgələrdə psixoloji sosial xidmətlərin göstərilməsinə ehtiyyacı əhali qrupunun problemlərinin aradan qaldırılmasında, ƏQC.İB-nin bölgə şöbəlırinin dəstəyi ilə davamlı nəzarətdə saxlanılmış, ağır gərginliyi olan uşaqlar üçün lazımi qabaqlayıcı tədbirlər həyata keçirilmişdir. Ailələr arasında psixoloji dəstəyə ehtiyyacı olan uşaqların eyni zamanda sosial dəstəyə cəlb olunması fəaliyyətinin davam etdirilməsi sosial təhlükəsizliyə məruz qalma riskinin azalmasında mühüm rol oynamışdır. Səyyar pisixo -sosial reabilitasiya xidmətlərin təşkili uşaqların hüquqlarının dəstəklənməsi ilə əlaqədar müraciət edən insanların hüquqlarının bərpa olunmasına yardımlar olunmuşdur. Uşaqların valideyinləri arasında bərabər huquqa malik olduqlari barədə maarifləndirmə işləri aparılmlmışdır. Rayonlarda ƏQC.İB rəhbərliyinə muraciət eden uşaqların huquqi əlillik problemlerinin həllinə köməklik olunması ücün, aidiyyati orqanlara müraciət edilmişdir. Nəticə etibarilə əhali arasında müsbət nəticələr əldə olunmuşdur. Aparılmış maarifləndirmə işləri nəticəsində bilavasitə yerlərdə sosial problemlər öyrənilmişdir ki, bu da qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində tövsiyyələrin hazırlanması ilə bağlı iştirakçılara baza bilikləri vermişdir. Sosial layihələrin həyata keçirilməsində sosial problemlərin region səviyyəsində öyrənilməsi təşkilatın nəzəri bazasının ilkin təsiri olmuşdur.
