HÖRMƏTI CƏNAB PREZIDENT, ZATI ALILƏRI İLHAM ƏLIYEV!  
Doğum gününüz mübarək olsun. Sizə uzun ömür və ali dövləti vəzifənizdə uğurlar diləyirik.
Sizi  “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin İdarə Heyyəti və üzvüləri adından ad günü münasibəti ilə səmimi qəlbdən təbrik edirik. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin ideyalarını və prinsiplərini həyata keçirərək Azərbaycan dövlətçiliyinin möhkəmlənməsini uğurla davam etdirirsiniz.
Azərbaycan Respublikası Sizin rəhbərliyiniz altında siyasi və iqtisadi inkişafda mühüm uğurlar qazanmış, islahatlar və dəyişikliklər, beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi yolu ilə qətiyyətlə irəliləyir.
Sizin dövləti vəzifədə yüksək fəaliyyətinizlə  Azərbaycan torpaqlarının işğaldan azad olmasına nail oldunuz. Məcburi köçkünlərin öz yurdlarına qayıtması onlar üçün ən böyük sevinc oldu. Son 200 ildə tariximizin Qalib Komandanı olaraq adınız qızıl hərflərlə yaddaşlarımıza yazıldı.  
Qarabağımızda böyük quruculuq işlərinin aparılmasında əməyinizi xalqımız yüksək qiymətləndirir. Siz bütün fəaliyyətinizlə xalqımıza ən böyük xoşbəxtlik nəsib etdiniz. Yolunuz açıq, bütün işləriniz avand olsun.