Bakı, 23 sentyabr 2025-ci il. “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi 2022–2025-ci illəri əhatə edən və BMT-nin Qadınlara qarşı Zorakılığın Aradan Qaldırılması üzrə Etimad Fondu (UN Trust Fund to End Violence against Women) tərəfindən maliyyələşdirilən “Bakı şəhəri, Gəncə şəhəri və Quba–Xaçmaz bölgəsində əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsinin yekun konfransını keçirib. Layihənin əsas məqsədi əlilliyi olan qadın və qızların reabilitasiya, hüquqi yardım, funksional qiymətləndirmə, sosial adaptasiya və psixoloji dəstək xidmətlərinə çıxış imkanlarını artırmaq, onların hüquqi biliklərini gücləndirmək və ictimai iştirakçılıqlarını təşviq etmək olmuşdur.
2022–2025-ci illərdə Bakı, Gəncə və Quba–Xaçmaz bölgələrində keçirilmiş sosioloji sorğular, maarifləndirici sessiyalar, hüquqi məsləhətlər, təlimlər və ictimai müzakirələrə yüzlərlə qadın və qız qatılıb. Yekun konfransda dövlət qurumlarının, beynəlxalq təşkilatların, QHT-lərin, insan hüquqları müdafiəçilərinin və media nümayəndələrinin iştirakı təmin olunub. Tədbirdə layihənin nəticələri ictimaiyyətə təqdim edilib, tərəfdaşlara təşəkkürnamələr verilib və inklüziv siyasətin inkişafı istiqamətində gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
Konfransda BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi xanım Vladanka Andreeva da çıxış edib. O, layihənin ölkədə qadınların və qızların bərabər hüquqlarla cəmiyyətə inteqrasiyasına verdiyi töhfələri yüksək qiymətləndirib və BMT-nin davamlı dəstəyini vurğulayıb. Eyni zamanda, tədbirdə BMT-nin Qadınlara qarşı Zorakılığın Aradan Qaldırılması üzrə Etimad Fondunun (UN Trust Fund) fəaliyyəti barədə məlumat verilib. Qeyd olunub ki, Fond 1996-cı ildən bəri dünya üzrə yüzlərlə layihəni dəstəkləyərək qadınlara və qızlara qarşı zorakılığın qarşısının alınmasına, onlara xidmətlərin əlçatanlığının artırılmasına və dövlətlərin gender bərabərliyinə dair öhdəliklərinin gücləndirilməsinə mühüm töhfə verir.
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi olaraq inanırıq ki, bu təşəbbüs ölkəmizdə əlilliyi olan qadın və qızların hüquqlarının müdafiəsi, onların sosial inteqrasiyası və inklüziv cəmiyyətin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır və daha geniş əməkdaşlıqlar üçün möhkəm zəmin yaradır.