Funded by
  
 
PRESS RELİZ
  “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC.İB) Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondunun (UN Trust Fund) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bakı, Gəncə şəhərləri, Qusar, Quba. Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində Bakı şəhərində ilk dəyirmi masa görüşü 14 fevral 2023-cü il tarixində baş tutdu.
    Layihənin ümumi məqsədi yoxsul ailələrdən o cümlədən məcburi köçkün olan əlilliyi olan qadınlar və qızlar üçün ictimai xidmətlərin əlçatanlığını və keyfiyyətini daha da artırmaqdır.
   Dəyirmi masanin həyata keçirilməsində məqsəd əhaliyə müxtəlif sahələrdə (təhsil, səhiyyə, sosial müdafiə, məşğulluq, mədəniyyət, hüquq mühafizə və s.) xidmət göstərən dövlət, vətəndaş cəmiyyəti və özəl  təşkilatlarının iştirakı ilə əlilliyi olan qadın və qızlara qarşı ictimai yerlərdə olan münasibətin dəyişməsi və onlara qarşı olan zorakılıq hallarının azaldılması və qarşısının alınması, onlar üçün icitmai xidmətlərin müyəssərliyinin və keyfiyyətinin yaxşılaşdırılması sahəsində tədbirləri əhatə edən yerli fəaliyyət planlarının hazırlanmasıdır.
   Dəyirmi masada müxtəlif dövlət, qeyri-hökümət və biznes təşkilatlarınln nümayəndələri iştirak etdi. Tədbir zamanı dövlət və digər qurumların nümayəndələrindən ibarət Koordinasiya Şurası yaradıldı. Koordinasiya şurasının məqsədi layihənin əsas benefisiarları olan əlilliyi olan qadın və qızların ictimai/dövlət xidmətlərinə çıxışının asanlaşdırılması üçün birgə fəaliyyətlərin müəyyən edilməsi, koordinasiyası və icra edilməsidir.
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC İB) mətbuat xidməti.

Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondu (UN Trust Fund) eksklüziv olaraq yerli və milli səviyyədə qadınlara və qızlara qarşı zorakılığın bütün formalarının həllinə həsr olunmuş yeganə qlobal qrant vermə mexanizmidir.

The UN Trust Fund to End Violence against Women (UN Trust Fund) is the only global            grantmaking mechanism dedicated exclusively to addressing all forms of violence against women and girls.