Funded by

                                                               
PRESS RELİZ

“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC İB) "Əlilliyi olan qadın və qızlara qarşı ictimai yerlərdə münasibət və davranış problemləri və onların yaşadığı icmaları tərəfindən dəstəklənməsi" mövzüsunda Bakı şəhərində 3-cü iki günlük seminar 24-25.02.2023 tarixlərində keçirilmişdir.

“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi (ƏQC İB) Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondunun (UN Trust Fund) maliyyə dəstəyi ilə 2022-ci ilin sentyabr ayından “Bakı, Gəncə şəhərləri, Qusar, Quba, Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsinin icrasını uğurla davam etdirir. 

  Layihənin ümumi məqsədi yoxsul ailələrdən o cümlədən məcburi köçkün olan əlilliyi olan qadınlar və qızlar üçün ictimai xidmətlərin əlçatanlığını və keyfiyyətini daha da artırmaqdır.

   Keçirilən seminarın iştirakçılarına əlilliyi olan qadın və qızlar və onların ailə üzvləri üçün faydalı olan müxtəlif ictimai/dövlət xidmətləri barədə, o cümlədən onlara qarşı zorakılığın müxtəlif formalarının tanınması ilə bağlı təlimatlandırılma həyata keçirilmişdir. Seminarda iştirak edənlər tərəfindən qarşılaşdıqları problemlərin əlilliyi olan qadınların və qızların özləri tərəfindən gündəmə gətirilməsi və həmin problemlərin həllinə dövlət qurumlarının iştirakı ilə yaradılan Koordinasiya Şurası tərəfindən nail olunmaq üçün təkliflər hazırlandı. Seminarda Azərbaycan Universiteti, Azərbaycan Dövlət Universitetinin Sosial İş üzrə ixtisas alan tələbələrin iştirakı xüsusi maraq döğurdu. İştirakçılar qarşıdakı bu növ seminarların təhsil ocaqlarında da keçirilməsi təklifini səsləndirdilər.

      Seminarlar zamanı hər dəfə yeni iştirakçıların dəvət olunması yeni dəstək qurplarının yaranmasına, habelə yeniliklərin artmasına, şəbəkənin genişlənməsinə, yeni ideya, təkliflərin verilməsinə səbəb olur. Problemlərlə üzləşənlərlə bağlı məlumatlar toplanaraq əlaqədar dövlət qurumlarına yönləndirilərək həllinə dəstək verilir. Gəncə şəhərində, Bakı şəhərində və Quba şəhərində keçirilmiş dəyirmi masa və seminarların  iştirakçısı olan bir neçə əlilliyi olan qadınlar və qızların ən qısa zamanda problemlərinin həllinə dəstək verilməsi, onlarda öz hüquqları ilə bağlı yeni düşüncələrin yaranmasına, özləri tərəfindən fəallara çevrilmələrinə səbəb olmuşdur. Tədbirlərdə aparılan sessiyaların nəticəsində əsasən hüquqlarını bilməyən əlilliyi olan insanların hüquqları barədə qrup məşğələlərinin təşkili, onlar tərəfindən təkliflərin verilməsi, yaşadıqları həyat təcrübələri, əngəllər, onların həlli yollarının müzakirəsi daha effektiv üsul olaraq müsbət nəticələr verir. 

“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC İB) mətbuat xidməti.


Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondu (UN Trust Fund) eksklüziv olaraq yerli və milli səviyyədə qadınlara və qızlara qarşı zorakılığın bütün formalarının həllinə həsr olunmuş yeganə qlobal qrant vermə mexanizmidir.


The UN Trust Fund to End Violence against Women (UN Trust Fund) is the only global grant-making mechanism dedicated exclusively to addressing all forms of violence against women and girls.