Funded by

 
PRESS RELİZ

   “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC İB) "Əlilliyi olan qadın və qızlara qarşı ictimai yerlərdə münasibət və davranış problemləri və onların yaşadığı icmaları tərəfindən dəstəklənməsi" mövzüsunda Bakı şəhərində 2-ci seminar 10-11.02.2023 tarixlərində keçirilmişdir.

 “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC İB) Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondunun (UN Trust Fund) maliyyə dəstəyi ilə 2022 -ci ilin sentyabr ayından “Bakı, Gəncə şəhərləri, Qusar, Quba. Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsinin icrasına başlamışdır. 
  Layihənin ümumi məqsədi yoxsul ailələrdən o cümlədən məcburi köçkün olan əlil qadınlar və qızlar üçün ictimai xidmətlərin əlçatanlığını və keyfiyyətini daha da artırmaqdır.

Keçirilən seminarda  əlilliyi olan qadın və qızlar və onların ailə üzvləri  üçün faydalı olan müxtəlif ictimai/dövlət xidmətləri barədə, o cümlədən onlara qarşı zorakılığın müxtəlif formalarının tanınması ilə bağlı təlimatlandırılma həyata keçirilmişdir,    
Seminarlar zamanı problemlərlə üzləşənlərlə bağlı məlumatlar toplanaraq əlaqədar dövlət qurumlarına yönləndirilir və  həllinə dəstək verilir. Gəncə şəhərində keçirilən dəyirmi masa və seminarda, o cümlədən Bakı şəhərində keçirilən seminarın  iştirakçısı olan bir neçə əlilliyi olan qadınlar və qızların ən qısa zamanda problemlərinin həllinə dəstək verilməsi sevinclərinə səbəb olmuşdur. Müzakirələrin nəticəsində əsasən hüquqlarını bilməyən əlilliyi olan insanların hüquları barədə qrup məşğələlərinin təşkili daha effektiv üsul olaraq müsbət nəticələr verir. 


  “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC İB) mətbuat xidməti.



Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondu (UN Trust Fund) eksklüziv olaraq yerli və milli səviyyədə qadınlara və qızlara qarşı zorakılığın bütün formalarının həllinə həsr olunmuş yeganə qlobal qrant vermə mexanizmidir.


The UN Trust Fund to End Violence against Women (UN Trust Fund) is the only global grantmaking mechanism dedicated exclusively to addressing all forms of violence against women and girls.