Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmət Agentliyinin dəstəyi ilə fəaliyyət göstərən “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin Göygöl rayon Reabilitasiya Mərkəzi, “Göygöl Gənclər Evi” SXM-nin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram şənliyi təşkil edilib.
Göygöl Gənclər evnin direktoru Şəhriyar İsmayılzadə uşaqları bayram münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb.  Tədbirdə uşaqlara, gənc nəslə dövlət tərəfindən göstərilən qayğıdan danışıb, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqları, xüsusilə sağlamlıq imkanları məhdud olan uşaqları daim diqqət mərkəzində saxladığını vurğulayıb.
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin Göygöl rayon şöbəsinin sədri Süsən Qurbanova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və tabeliyində olan Sosial Xidmət Agentliyinə Sosial Reabilitasiya Mərkəzinə cəlb olunan uşaqlara göstərilən diqqət qayğıya görə təşəkkürünü bildirmişdir. Bu kimi tədbirlərin uşaqların və yeniyetmələrin yadında uzun müddət qaldığını və onların cəmiyyətə adaptasiyasına müsbət təsir etdiyini qeyd edib
Uşaqlar üçün təşkil olunmuş bayram şənliyində Göygöl Gənclər evinin Musiqi və Gitara kursunun gəncləri maraqlı səhnəciklər nümayiş etdirib, mahnılar oxuyub, uşaqlarla birgə rəqslər ifa ediblər. Uşaqlar müxtəlif dillərdə şeirlər söyləyərək, mahnılar ifa edərək öz bacarıqlarını da göstəriblər. Sonda maraqlı proqramla çıxış edən şaxta baba uşaqları bayram sovqatları ilə sevindirmiş, onlarla birgə rəqs edib mahnılar ifa etmişdir.
#ƏƏSMN#SosialXidmətlərAgentliyi#SXA#SağlamlıqİmkanlarıMəhdudUşaqlar
#GöygölGənclərEvi#GöygölGE#GöygölKönüllüləri#GöygölGəncləri
#GEKönüllüləri