Funded by


PRESS RELİZ
   “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC İB) məqsədi əlilliyi olan qadın və qızların Azərbaycan Respublikası və beynəlxalq qanunvericilik çərçivəsində hüquqlarının qorunması, sosial, psixoloji və fiziki sağlamlığı, iqtisadi vəziyyətlərinin yaxşılaşdırmasından ibarətdir.“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC İB)  yarandığı ildən indiyə kimi planlı şəkildə müxtəlif layihələr və proqramların dəstəyi ilə tədbirlər həyata keçirərək onların problemlərinin həllinə yardımçı olur.   
Bakı şəhərində seminar keçirilmişdir.
    2022 -ci ilin sentyabr ayında “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC İB) Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondunun (UN Trust Fund) maliyyə dəstəyi ilə “Bakı, Gəncə şəhərləri, Qusar, Quba. Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsinin icrası fəaliyyət planına uyğun olaraq davam etdirilir.
Layihənin ümumi məqsədi yoxsul ailələrdən o cümlədən məcburi köçkün olan əlil qadınlar və qızlar üçün ictimai xidmətlərin əlçatanlığını və keyfiyyətini daha da artırmaqdır.
Layihədə nəzərdə tutulduğu kimi 03-04.02.2023-cü ildə Bakı şəhərində "Əlilliyi olan qadın və qızlara qarşı ictimai yerlərdə münasibət və davranış problemləri və onların yaşadığı icmaları tərəfindən dəstəklənməsi" mövzüsunda seminar keçirilmişdir. Keçirilən seminarda  əlilliyi olan qadın və qızlar və onların ailə üzvləri  üçün faydalı olan müxtəlif ictimai/dövlət xidmətləri barədə, o cümlədən onlara qarşı zorakılığın müxtəlif formalarının tanınması ilə bağlı təlimatlandırılma həyata keçirilmişdir. Seminarda müxtəlif kateqoriyadan əlilliyi olan qız və qadınlar, onları əhatə edən icma üzvüləri, cəmiyyətin müxtəlif sahələrini əhatə edən qadınların iştirakı ilə müxtəlif sahələr üzrə (təhsil, səhiyyə, sosial/iqtisadi, məşğulluq, sahibkarlıq, insan haqları, məişət zorakılığı, müyəssərlik, infrastruktur və.s) 15 nəfərdən ibarət koordinasiya şurasının tərkibi formalaşdırılmışdır.   
Koordinasiya şurasının məqsədi  əlil qadınlar və qızlar üçün ictimai xidmətlərin əlçatanlığını və keyfiyyətini daha da artırmaqdır.
Seminarda əlilliyi olan qız və qadınların ictimai xidmətlərin əlçatanlığını və keyfiyyətini daha da artırmaq məqsədi ilə dövlət qurumları ilə əməkdaşlıq etməklə bu sahədə yeniliklərin əldə ediləcəkdir.        
 
Layihəyə həmçinin müxtəlif təşkilatların, əsasən dövlət təşkilatlarının, həmçinin qeyri-hökumət və biznes təşkilatlarının rəhbər işçiləri və xidmət personalı üçün əlilliyi olan qadınlar və qızlarla peşəkar ünsiyyət üzrə təlimlərin və məsləhətlərin hazırlanması və keçirilməsi daxildir.
 Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondu (UN Trust Fund) eksklüziv olaraq yerli və milli səviyyədə qadınlara və qızlara qarşı zorakılığın bütün formalarının həllinə həsr olunmuş yeganə qlobal qrant vermə mexanizmidir.
  

“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC İB) mətbuat xidməti.


The UN Trust Fund to End Violence against Women (UN Trust Fund) is the only global grantmaking mechanism dedicated exclusively to addressing all forms of violence against women and girls.