Funded by
PRESS RELİZ

TƏLIMLƏRIN KEÇIRILMƏSI DAVAM ETDIRILIR.
“Bakı, Gəncə şəhərləri, Qusar, Quba, Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində Bakı şəhərində dövlət qurumlarının əməkdaşlarına təlim təşkil olundu.
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC.İB) Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondunun (UN Trust Fund) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bakı, Gəncə şəhərləri, Qusar, Quba, Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində ictimai xidmətlər göstərən dövlət qurumlarının iştirakı ilə yaradılan Kordinasiya Şurasının üzvlərinə may ayının 25-də Bakı şəhərində təlim təşkil olundu. Təlim peşəkar təlimçi Günel İbrahim qızı tərəfindən keçirilmişdir.
Təlim aşağıdakı sahələri əhatələmişdir.
  • Birgə yaşamaq mədəniyyəti ;
  • Etik davranıış qaydaları;
  • Əlilliyi olan qadınlarla davranış etikası; Öhdəliklərimiz;
  • İctimaiyyətin vəzifəsi;
  • Beyin alimlərinin ixtiraları əsasında davranış kodları;
  • Emosional zəka meyyarları;
  • Xüsusi bədən dili;
  • İş mühitində qeyri verbal göndərmələr xəritəsi;
  • Nitq Formulaları: Xarizmatik nitq. Mütəxəssis nitqi. Motivasiya nitqi;.
  • Narazılıqları sürətli  dəf etmə texnikası;
  • Neyro Estetika- beyin məşqləri. Stresədavamlılıq.

     Təlimin keçirilməsində məqsəd əlilliyi olan qadın və qızlara qarşı dövlət, vətəndaş cəmiyyəti və özəl təşkilatlarının iştirakı ilə ictimai yerlərdə olan münasibətin dəyişməsi və onlara qarşı olan zorakılıq hallarının qarşısının alınması, onlar üçün icitmai xidmətlərin müyəssərliyinin və keyfiyyətinin yaxşılaşdırılmasıdır. Təlimdə əsasən dövlət təşkilatlarının işçiləri və xidmət personalı əməkdaşları üçün əlilliyi olan qadınlar və qızlara diqqət yetirməklə əlilliyi olan insanlarla peşəkar etik ünsiyyət üzrə praktiki bacarıqlar ilə bağlı təlimatlanma aparılmışdır.
Təlim zamanı peşəkar təlimçi Günel İbrahim qızı sosial, səhiyyə, ədliyyə, məşğulluq, təhsil, hüquq mühafizə sahələrində fəaliyyət göstərən qurumların əməkdaşları üçün müxtəif növ əlilliyi və kommunikaisya çətinlikləri olan qadın və qızlar ilə peşəkar etik ünsiyyət və onlara xidmət göstərməyə dair kommunikativ bilik və bacarıqlar sahələrini önəmə çəkmişdir.

Layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Xaçmaz rayonlarını əhatə edir. İcra müddəti  sentyabr 2022 – avqust 2025 (cəmi 36 ay) ərzində icra olunacaq.   
 “Əlil Qadınlar Cəmiyyəti” İB Mətbuat xidməti 26 fevral 2024-cü il