Press-Reliz
20.04.2024-cü il tarixdə Finlandiyanın paytaxtı Helsinkidə “Azərbaycan Evi”ndə Azərbaycan Diaspora Komitəsinin maliyyə dəstəyi ilə “Qərbi azərbaycanlılara qarşı soyqırımı və deportasiya cinayətləri” adlı tədbir və “İZ” sənədli filminin nümayişi olub. Tədbirdə Finlandiyada yaşayan ictimaiyyət nümayəndələri ilə yanaşı Türkiyə, Rusiya, İngiltərə, Almaniya, Moldova, Qazaxıstan, Cənubi Azərbaycandan, Gürcüstan, Ukraynadan olan vətəndaşlar və İskandinaviya ölkələrinindəki Azərbaycan Səfirliyinin əməkdaşları iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı, daha sonra Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan Helsinkidə “Azərbaycan Evi”nin rəhbəri Ülviyyə Cabbarova qonaqları salamladı və azərbaycanlıların zaman-zaman öz ata-baba yurdlarından, Qərbi Azərbaycandan deportasiyaya məruz qalmaları ilə bağlı həqiqətləri tədbir iştirakçılarının diqqətinə çatdırdı. Ülviyyə xanım bu mövzuda çəkilən filmlərin tarixi əhəmiyyətini xüsusilə qeyd etdi. Tədbirə Helsinki və London Cambridge Universiteti elm adamlarının qatılmasının Azərbaycan həqiqətlərinin öyrənilməsi və təbliğində böyük əhəmiyyət daşıdığını bildirdi. Onun çıxışından sonra “Əlil Qadınlar Cəmiyyəti”nin sədri Məhluqə Qaramanlıya söz verildi. Məhluqə xanım bir əsrdə ermənilərin Azərbaycan xalqına qarşı 4 dəfə soyqırımı həyata keçirdiyini vurğuladı. Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımın dünya ictimaiyyətinə çatdırılmasında Qeyri Hökümət Təşkilatlarına dövlət dəstəyinin xüssusi əhəmiyyət kəsb etdiyini bildirən Məhluqə xanım ermənilərin saxta, uydurma soyqırımı yalanlarına qarşı Ermənistandan azərbaycanlıların tamamilə sürgün edilməsi faktının sənədli filmlər vasitəsilə dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini diqqətə çatdırdı. Filmin əsas məqsədinin Qərbi Azərbaycanla bağlı beynləlxalq ictimaiyyətdə obyektiv təsəvvür formalaşdırmaq, əslən Qərbi Azərbaycandan olan azərbaycanlıarı böyük qayıdışa hazırlamaqdan ibarət olduğunu bildirdi. Daha sonra söz “İZ” sənədli filminin ssenari müəllifi, tarix üzrə fəlsəfə doktoru Mahir Qəribova verildi. Mahir Qəribov çıxışında qeyd etdi ki, bir çox ölkələr Azərbaycan həqiqətləri görməzdən gəlsələr belə Azərbaycan tarixi ədaləti özü bərpa edir. Bizim vəzifəmiz də budur ki, sənət əsərlərinin dili ilə qədim Azərbaycan torpağı olan Qərbi Azərbaycanda mövcud olan tarixi abidələr, qalalar, qəsrlər, saraylar, türbələr, məscidlər, körpülər və digər abidələrin ermənilər tərəfindən mərhələli şəkildə məhv edilməsinin eyni zamanda azərbaycanlıların soyqırıma məruz qalmasını tarixi fakt və dəlillər əsasında geniş tamaşaçı kütləsinə çatdıraq. Tədbir “İZ” sənədli filminin nümayişi ilə davam olundu. Filmin izlənməsindən sonra Helsinki şəhərində yaşayan gənc fəal Mona “Sarı Gəlin” və “Gündüz-gecə” mahnılarını ifa etdi. Tədbirin sonunda qonaqlarla söhbət çay, kofe və şirniyyat süfrəsi arxasında davam etdirildi.