Funded by
PRESS RELİZ
“Bakı, Gəncə şəhərləri, Qusar, Quba. Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində Gəncə şəhərində Kapadokya Mərkəzində dövlət qurumlarına təlim təşkil olundu.
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC.İB) Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondunun (UN Trust Fund To Violence against Women ) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bakı, Gəncə şəhərləri, Qusar, Quba, Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində dövlət qurumlarının iştirakı ilə yaradılan Gəncə şəhərində Kapadokya Mərkəzdə dövlət qurumlarına may ayının 16-da Gəncə şəhrində təlim təşkil olundu. Təlim peşəkar təlimçi Etika Mərkəzi MMC-nin təsisçisi və direktoru Günel İbrahim qızı tərəfindən keçirilmişdir. Təlimin keçirilməsində məqsəd dövlət, vətəndaş cəmiyyəti və özəl təşkilatlarının iştirakı ilə əlilliyi olan qadın və qızlara qarşı ictimai yerlərdə olan münasibətin dəyişməsi və onlara qarşı olan zorakılıq hallarının qarşısının alınması, onlar üçün icitmai xidmətlərin müyəssərliyinin və keyfiyyətinin yaxşılaşdırılması sahələrini əhatə etmişdir.
Təlimdə əsasən dövlət təşkilatlarının işçilərinə və xidmət personalı üçün əlilliyi olan qadınlar və qızlarla peşəkar ünsiyyət üzrə təlim, həmçinin əlilliyi olan qadınlar və qızlara diqqət yetirməklə əlilliyi olan insanlarla peşəkar etik ünsiyyət üzrə praktiki təlimat, əlilliyi olan qadın və qızlar və onların ailə üzvləri onlar üçün faydalı olan müxtəlif dövlət xidmətləri barədə, o cümlədən onlara qarşı zorakılığın müxtəlif formalarının tanınması ilə bağlı təlimatlandırılma aparılmışdır.
Təlim aşağıdakı sahələri əhatələmişdir.
Birgə yaşamaq mədəniyyəti ; Etik davranıış qaydaları; Əlilliyi olan qadınlarla davranış etikası; Öhdəliklərimiz; İctimaiyyətin vəzifəsi
Birgə yaşamaq mədəniyyəti ; Etik davranıış qaydaları; Əlilliyi olan qadınlarla davranış etikası; Öhdəliklərimiz; İctimaiyyətin vəzifəsi
Təlim zamanı peşəkar təlimçi Günel İbrahim qızı tərəfindən hökümət təşkilatlarına sosial, səhiyyə, ədliyyə, məşğulluq, təhsil, hüquq mühafizə orqanlarının əməkdaşlarına müxtəif növ əlilliyi və kommunikaisya çətinlikləri olan qadın və qızlar ilə peşəkar etik ünsiyyətin və onlara xidmət göstərməyə dair kommunikativ bilik və bacarıqlar sahələrini önəmə çəkmişdir.Təlimdən sonra iştirakçılar sertifikatlarla təmin edilmişdir. Xatirə şəkili çəkilmişdir.
Layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Xaçmaz rayonlarını əhatə edir.
İcra müddəti sentyabr 2022 – avqust 2025 (cəmi 36 ay) ərzində icra olunacaq.
Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondu (UN Trust Fund to End Violence against Women) eksklüziv olaraq qadınlara və qızlara qarşı zorakılığın bütün formalarının həllinə həsr olunmuş yeganə qlobal qrant vermə mexanizmdir.
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQİB) mətbuat xidməti. 16.may 2024-cü il