Funded by


 
PRESS RELİZ
 
 “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi BMT-nin Qadınlara qarşı zorakılığa son qoymaq üçün Etimad Fondunun (UN Trust Fund to End Violence against Women) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bakı şəhəri, Gəncə şəhəri və Quba-Xaçmaz bölgəsində əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsini uğurla həyata keçirir. 
 
17 may 2024-cü il tarixində Gəncə şəhərində Kabadokiya Mərkəzində BMT-nin Etimad Fondunun maliyyələşdirdiyi “Bakı, Gəncə və Quba-Xaçmaz regionunda sağlamlıq imkanları məhdud qadın və qızların dövlət xidmətlərinə çıxışının yaxşılaşdırılması” layihəsi çərçivəsində dördüncü dəyirmi masa keçirilmişdir. Dəyirmi masa qadınlara   qarşı zorakılığa son qoymaq üçün “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi tərəfindən təşkil olundu.
Layihənin məqsədi aztəminatlı ailələrdən, o cümlədən məcburi köçkün ailələrindən olan əlilliyi olan qadın və qızlar üçün dövlət xidmətlərinin əlçatanlığını və keyfiyyətini artırmaqdır.
“Dəyirmi masa”nın davamlı şəkildə həyata keçirilməsində məqsəd ictimai yerlərdə əlilliyi olan qadınlara və qızlara münasibətin dəyişdirilməsi üçün dövlət xidmətlərinin əlçatanlığının və keyfiyyətinin yüksəldilməsi sahəsində tədbirləri özündə əks etdirən yerli fəaliyyət planlarının hazırlanması, habelə ictimai yerlərdə əlilliyi olan qadınlara və qızlara qarşı münasibətin dəyişdirilməsinə və onların qarşısının alınmasına köməklik göstərməkdir.
Dövlətin, vətəndaş cəmiyyətinin və özəl təşkilatların iştirakı ilə onlara qarşı zorakılıqla bağlı müxtəlif dövlət, qeyri-hökumət, biznes qurumlarının iştirakı ilə keçirilən dəyirmi masada maraqlı müzakirələr aparılıb.
 
 
Dəyirmi masanı “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Rəhimova açaraq layihənin fəaliyyəti, görülən işlərin nəticələri və birinci dəyirmi masadan sonra həllini tapmış məsələlər barədə iştirakçılara geniş məlumat verib. İştirakçılar ictimai yerlərdə əlilliyi olan qadın və qızlara qarşı ayrı-seçkilik halları və onların həlli yolları ətrafında geniş müzakirələr aparıblar. Dövlət qurumları arasından yaradılmış Koordinasiya Şurasının fəaliyyətinin müsbət nəticələri, davamlılığı, birgə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı təkliflər dinlənilib. Üzvlərin vəzifələri bir daha müzakirə olunub. Layihənin əsas benefisiarları olan sağlamlıq imkanları məhdud qadın və qızların dövlət xidmətlərindən istifadəsinin asanlaşdırılması üçün koordinasiya şurasının məqsədinin müəyyən edilməsi, əlaqələndirilməsi və birgə fəaliyyətlərinin həyata keçirilməsi dəyirmi masa iştirakçılarına bir daha məlumat verilib.


 
Qeyd edək ki, əlil qadınlar və qızlar öz hüquqlarından az xəbərdardırlar. Bu səbəbdən də üzləşdikləri problemləri həll edə bilmirlər. Layihəmizin əsasını onların həyatlarında inkişaf etdirmələri üçün dəstək sistemi təşkil edir. “Bakı, Gəncə və Quba-Xaçmaz regionunda sağlamlıq imkanları məhdud qadın və qızların dövlət xidmətlərinə çıxışının yaxşılaşdırılması” layihəsinin əsas məqsədi aztəminatlı ailələrdən olan əlil qadın və qızlar, o,cümlədən məcburi köçkün ailələri üçün dövlət xidmətlərinin əlçatanlığını və keyfiyyətini artırmaqdır. Layihə çərçivəsində müəyyən mərhələlərdə sağlamlıq imkanları məhdud qadın və qızların üzləşdiyi problemlərin ictimailəşdirilməsi təşkil olunur. Bu kateqoriyadan olan insanların cəmiyyətdə qarşılaşdıqları problemlərin öyrənilməsi və təhlili, onların həlli yollarının tapılması, həlli, qarşılaşdıqları subyektiv səbəblərin aradan qaldırılması məqsədilə tədris xəttinin ardıcıl şəkildə aparılması təmin edilir. Layihənin əsas istiqamətlərindən biri sosial, səhiyyə, ədliyyə, məşğulluq, təhsil, hüquq-mühafizə orqanlarının əməkdaşlarına müxtəlif növ əlilliyi olan və ünsiyyətdə çətinlik çəkən qadın və qızlarla peşəkar etik ünsiyyət, o cümlədən kommunikativ bacarıqların öyrədilməsidir. 




Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondu (UN Trust Fund to End Violence against Women) eksklüziv olaraq qadınlara və qızlara qarşı zorakılığın bütün formalarının həllinə həsr olunmuş yeganə qlobal qrant vermə mexanizmdir.
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQİB) mətbuat xidməti.  
17.May.2024