PRESS RELİZ
“Bakı, Gəncə şəhərləri, Qusar, Quba. Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində Xaçmaz rayonunda növbəti seminar KOBİA Mərkəzdə təşkil edildi.
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC.İB) Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondunun (UN Trust Fund) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bakı, Gəncə şəhərləri, Qusar, Quba. Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində 31 may 2024-cü il tarixində Xaçmaz rayonunda seminar təşkil edildi. Seminarın məqsədi əlillyi olan qadınların və qızlara qarşı ictimai yerlərdə münasibət və davranış problemlərinə və zorakılığa dair və onların yaşadığı icmaları tərəfindən dəstəklənməsinin vacibliyi ilə bağlı yerli icma üzvləri ilə görüşmək və diskrimasiyanın aradan qaldırılmasının yollarını müzakirə etməkdir. Seminarda Xaçmaz rayonunda fəaliyyət göstərən müxtəlif sahələrdən icma orqanları və əlilliyi olan şəxslərin yaxınları, qohumları və özləri iştirak etdilər.
Seminar Xaçmaz şəhərinin Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində həyata keçirildi. “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə xanım Rəhimova seminarı açıq elan etdi və layihənin uğurlu strategiyası haqqında iştirakçılara geniş məlumat verdi. Seminar zamanı əlillik və cəmiyyətdə əlillik haqqında stereotiplər və səhv davranışlar haqqında məlumat verildi. Əlilliyi olan qadınlar və qızlar tərəfindən maraqlı təkliflər irəli sürülərək, daha çox qarşılaşdıqları problemlərin həllində dəstək istiqamətləri gündəmə gətirildi. Həyata keçirlən layihənin dəstəyi ilə bu sahədə görülən və körüləcək işlər və onların önəmliliyi, həlli yolları haqqında müzakirələr aparıldı. Əlilliyi olan qadınların və qızların yaşadığı ailələrdə qarşılaşdığı problemlər haqqında danışıldı və onların hüquqlarının təmini və icmalar tərəfindən onlara bu sahədə dəstəyin verilməsinin önəmi diqqətə çəkildi. Seminarı layihə üzrə təlimçi, Vətənda.ların Sosial Rifahı Naminə İctimai Birliyinin sədri İradə Rizazadə tərəfindən keçirildi.
Seminarda əlilliyi olan qadın və qızlara dəstək məqsədi ilə Xaçmaz Rayon İcra Hakimiyyətinin əməkdaşları Pərviz Əmircanov, Taryel Didarov, KOBİA-Quba-Xaçmaz Regional İnkişaf Mərkəzinin direktoru Azər Pənahov, DTSERA-nin Xaçmaz rayonu üzrə əməkdaşları, mədəniyyət işçiləri, digər müxtəlif sahələri əhatə edən dövlət qurumlarının əməkdaşkarı iştirak etmişdilər. Seminar qarşılıqlı əməkdaşlıq, əlilliyi olan qadınların cəmiyyətə inteqirasiyası istiqamətində yeniliklər, rayon və kənlərdə icmaların inkişafı, istiqamətində görüləcək fəaliyyət proqramının işlənməsinin üzərində fokuslandı. Seminar münbit şəraitdə başa çatdı.
Seminarda 35 nəfər iştirak etdilər.
Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondu (UN Trust Fund to End Violence against Women) eksklüziv olaraq qadınlara və qızlara qarşı zorakılığın bütün formalarının həllinə həsr olunmuş yeganə qlobal qrant vermə mexanizmdir.
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQİB) mətbuat xidməti. 31.05.2024
Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondu (UN Trust Fund to End Violence against Women) eksklüziv olaraq qadınlara və qızlara qarşı zorakılığın bütün formalarının həllinə həsr olunmuş yeganə qlobal qrant vermə mexanizmdir.
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQİB) mətbuat xidməti. 31.05.2024