Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən ilin iyun ayında başladılan “Məşğulluq marafonu” üzrə işlə təmin olunan şəhid ailəsi üzvləri və qazilərin sayı 1744-ə çatıb.
Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və müharibədə yaralanmış hərbi qulluqçuların məşğulluğuna mühüm dəstək olan marafona bu günədək 618 işəgötürən qoşularaq 4203 vakansiya təqdim edib.
Marafon “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında keçirilir.
“Məşğulluq marafonu”nda iştirak etmək istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə özləri haqqında məlumatları https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla qeyd edə bilərlər.