PRESS RELİZ
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi uğurlu layihəsinin dəstəyi ilə Bakı şəhərində video/təlimatın təqdimatı  və jurnalistlər üçün növbəti təlim təşkil  edildi.

“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi BMT-nin Qadınlara qarşı zorakılığa son qoymaq üçün Etimad Fondunun (UN Trust Fund to End Violence against Women) maliyyə dəstəyi ilə
“Bakı şəhəri, Gəncə şəhəri və Quba-Xaçmaz bölgəsində əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsinin icrasını uğurla davam etdirir. 
 “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi BMT-nin Etimad Fondunun (UN Trust Fund) maliyyə dəstəyi ilə “Bakı şəhəri, Gəncə şəhəri və Quba-Xaçmaz bölgəsində əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsinin icrasını davam etdirir.

Layihənin ümumi məqsədi yoxsul ailələrdən o cümlədən qaçqın, məcburi köçkün əlilliyi olan qadın və qızlar üçün ictimai xidmətlərin əlçatanlığını və keyfiyyətini daha da artırmaqdır.
Əlilliyi olan qadın və qızlara göstərilən xidmətlər, görülən işlər, əldə olunan nəticələr və problemlərin həlli yolları ilə bağlı xidmət göstərən 5 dövlət qurumunun əməkdaşından
götürülən müsahibələr əsasında,  Azərbaycanda ilk dəfə "Əlilliyi olan şəxslər üçün video təlimat" hazırlanıb. Tədbirdə bu təlimatın təqdimatı və media nünayəndələrinə etik
ünsiyyət, davranışla bağlı təlim keçirilmişdir.

      Təlim peşəkar təlimçi Etika Akademiyasının direktoru Günel İbrahim tərəfindən keçirilmişdir. Təlimin keçirilməsində məqsəd dövlət, vətəndaş cəmiyyəti və özəl təşkilatlarının iştirakı ilə
əlilliyi olan qadın və qızlara qarşı ictimai yerlərdə olan münasibətin dəyişməsi və onlara qarşı olan zorakılıq hallarının qarşısının alınması, onlar üçün icitmai xidmətlərin müyəssərliyinin və
keyfiyyətinin yaxşılaşdırılmasıdır.
        Layihənin ümumi məqsədi: yoxsul ailələrdən o cümlədən məcburi köçkün olan əlilliyi olan qadınlar və qızlar üçün ictimai xidmətlərin əlçatanlığını və keyfiyyətini daha da artırmaqdır.
Təlim AzEstetik Group MMC –nin ofisində təşkil olunub. Tədbir iştirakçılarına təşəkkürnamə  sertifikatlar təqdim olunub.



























 
 
Təlimdə 30 nəfər  jurnalist iştirak edib.
Layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Xaçmaz rayonlarını əhatə edir və sentyabr 2022 – avqust 2025 (cəmi 36 ay) müddəti ərzində icra olunacaq.
Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondu (UN Trust Fund to End Violence against Women) eksklüziv olaraq qadınlara və qızlara qarşı zorakılığın bütün formalarının həllinə həsr olunmuş yeganə qlobal qrant vermə mexanizmdir.
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi C 3,
 “Əlil Qadınlar Cəmiyyəti”İB Mətbuat xidməti.