Funded by
PRESS RELİZ
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi BMT-nin Qadınlara qarşı zorakılığa son qoymaq üçün Etimad Fondunun (UN Trust Fund to End Violence against Women) maliyyə dəstəyi ilə “Bakı şəhəri, Gəncə şəhəri və Quba-Xaçmaz bölgəsində əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsinin icrasını uğurla davam etdirir.
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə xanım Rəhimova seminarın məqsədi, layihənin uğurlu strategiyası haqqında iştirakçılara geniş məlumat verdi. Təlimçi İradə Rizazadə tərəfindən seminarda əsas istiqamət olan əlillik və cəmiyyətdə əlillik haqqında stereotiplər və səhv davranışlar haqqında məlumat verildi. Əlilliyi olan məcburi köçkün qadınlar və qızlar tərəfindən maraqlı təkliflər irəli sürülərək, daha çox qarşılaşdıqları problemlərin həllində dəstək istiqamətləri gündəmə gətirildi. Həyata keçirlən layihənin dəstəyi ilə bu sahədə görülən və görüləcək işlər və onların önəmliliyi, həlli yolları haqqında müzakirələr aparıldı. Əlilliyi olan qadınların və qızların yaşadığı ailələrdə qarşılaşdığı problemlər haqqında danışıldı və onların hüquqlarının təmini və icmalar tərəfindən onlara bu sahədə dəstəyin verilməsinin önəmi vurğulandı.
Seminarın məqsədi:
Əlillyi olan qadınların və qızlara qarşı ictimai yerlərdə münasibət və davranış problemlərinə və zorakılığa dair və onların yaşadığı icmaları tərəfindən dəstəklənməsinin vacibliyi ilə bağlı yerli icma üzvləri ilə görüşmək və diskriminasiya hallarının aradan qaldırılması yollarını müzakirə etməkdir.
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin layihənin dəstəyi ilə Bakı şəhərində növbəti seminar 08-09 noyabr tarixlərində maraqlı tərkibdə təşkil edildi. Seminarda universitet tələbələrinin əlilliyi olan gənclər, onların ailələri, digər icma üzvülərinin iştirakçılığı təmin edilmişdir. Seminarda təlimçi İradə Rizazadə tərəfindən əlilliyi olan qadın və qızların ictimai yerlərdə fəallığının artırılması istiqamətində məlumatlanma sesiyası iştirakçılar arasında maraq doğurmuşdu. Seminarda iştirak edən Miriyeva Lamiyə Qərbi Kaspi Universitetinin tələbəsi, könüllülərin cəlb olunmasında fəal gənc qızımız, tələbələr tərəfindən əlilliyi olan gənclərin könüllü olaraq, ingilis dili kurslarına cəlb olunması, təhsillərinə dəstək, icmaların fəallığının artırılması ilə əlilliyi olan qadınlar və qızlara dəstək proqramlarında iştirakçılığının artırılması təşkil edilib.
Seminarın dəstəyi ilə əlilliyi olan qadınlara psixoloji dəstək, məşğulluq, hüquqi yardımların təşkilində yerli icmaların iştirakçılığı ilə məlumatlandırılmanın artırılmasına ehtiyyacın olduğu gündəmə gətirildi.
Seminarda Bakı şəhərində yaşayan yerli icma üzvləri ilə sosial işə maraqları olan gənclərin iştirak etməsi maraqlı müzakirələrə səbəb oldu.
Seminarda Bakı şəhərindən olan və müxtəlif sahələri təmsil edən icma qrupları üzvləri və əlilliyi olan qadın və qızların yaxınları, qohumları və özləri iştirak etdilər.
Seminarda 25 nəfər iştirak etdi.Seminarda Bakı şəhərində yaşayan yerli icma üzvləri ilə sosial işə maraqları olan gənclərin iştirak etməsi maraqlı müzakirələrə səbəb oldu.
Seminarda Bakı şəhərindən olan və müxtəlif sahələri təmsil edən icma qrupları üzvləri və əlilliyi olan qadın və qızların yaxınları, qohumları və özləri iştirak etdilər.
Layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Xaçmaz rayonlarını əhatə edir və sentyabr 2022 – avqust 2025 (cəmi 36 ay) müddəti ərzində icra olunacaq.
Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondu (UN Trust Fund to End Violence against Women) eksklüziv olaraq qadınlara və qızlara qarşı zorakılığın bütün formalarının həllinə həsr olunmuş yeganə qlobal qrant vermə mexanizmdir.
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQİB) mətbuat xidməti.