
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi sədri Məhluqə xanım Rəhimova seminarın məqsədi, layihənin uğurlu strategiyası haqqında iştirakçılara geniş məlumat verdi. Seminar Xaçmaz rayonunda açıq havada təşkil olundu. Seminar iştirakçılarına tərəfdaş olaraq SENİ Şirkəti tərəfindən hədiyyələr təqdim edildi.
Seminar gün ərzində davam etdi. Seminarda iştirak edən əlilliyi olan qadınlar, icma üzvüləri tərəfindən diskusiyalar, müzakirələr qarşılıqlı maraqların , əməkdaşlığın yaranmasına səbəb oldu. Seminar iştirakçılarına layihənin dəstəyi ilə Dövlət qrumları haqqında nəşr olunan məlumat kitabı paylandı. Məlumat kitabının nəşri seminar iştirakçıları tərəfindən onlar üçün əsas dəstək kitabı olduğu vurğulandı..
Seminar gün ərzində davam etdi. Seminarda iştirak edən əlilliyi olan qadınlar, icma üzvüləri tərəfindən diskusiyalar, müzakirələr qarşılıqlı maraqların , əməkdaşlığın yaranmasına səbəb oldu. Seminar iştirakçılarına layihənin dəstəyi ilə Dövlət qrumları haqqında nəşr olunan məlumat kitabı paylandı. Məlumat kitabının nəşri seminar iştirakçıları tərəfindən onlar üçün əsas dəstək kitabı olduğu vurğulandı..

Seminarın məqsədi: Əlillyi olan qadınların və qızlara qarşı ictimai yerlərdə münasibət və davranış problemlərinə və zorakılığa dair və onların yaşadığı icmaları tərəfindən dəstəklənməsinin vacibliyi ilə bağlı yerli icma üzvləri ilə görüşmək və diskriminasiya hallarının aradan qaldırılması yollarını müzakirə etməkdir.Seminar gün ərzində layihə üzrə təlimçi İradə Rizazadə tərəfindən həyata keçirildi. Eyni zamanda onlar arasında pozitivliyin yaranması, həyata baxışların dəyişməsi üçün əlavə könüllülər də cəlb olundu. Əlilliyi olan qadın və qızların sahibkarlıq istiqamətində maraqlı olmaları seminarda daha çox fəllıq yaratdı. Təlimçi İradə Rizazadə tərəfindən seminarda əsas istiqamət olan əlillik və cəmiyyətdə əlillik haqqında stereotiplər və səhv davranışlar haqqında məlumat verildi. Əlilliyi olan qadınlar və qızlar tərəfindən maraqlı təkliflər irəli sürülərək, daha çox qarşılaşdıqları problemlərin həllində dəstək istiqamətləri gündəmə gətirildi. Həyata keçirlən layihənin dəstəyi ilə bu sahədə görülən və görüləcək işlər vacibliyi, həlli yolları haqqında müzakirələr aparıldı. Əlilliyi olan qadınların və qızların cəmiyyətdə, ailədə, ifrastruktur çətinliklərində yaşadığı ailələrdə qarşılaşdığı problemlər haqqında danışıldı. Onların hüquqlarının təmini, bu sahədə dəstəyin verilməsinin önəmi vurğulandı.

Layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Xaçmaz rayonlarını əhatə edir və sentyabr 2022 – avqust 2025 (cəmi 36 ay) müddəti ərzində icra olunacaq.
Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondu (UN Trust Fund to End Violence against Women) eksklüziv olaraq qadınlara və qızlara qarşı zorakılığın bütün formalarının həllinə həsr olunmuş yeganə qlobal qrant vermə mexanizmdir.
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQİB) mətbuat xidməti.
Seminarda 29 nəfər iştirak etdi.