
Tədbir, “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi tərəfindən BMT-nin Etimad Fondunun (UN Trust Fund) maliyyə dəstəyi ilə həyata keçirilən “Bakı, Gəncə şəhərləri, Qusar, Quba, Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində baş tutub.
Göygöl Gənclər Evində keçirilən görüşdə əlilliyi olan qadın və qızların hüquqlarının müdafiəsi, onlara qarşı ictimai münasibətlər, sosial dəstək mexanizmləri və məişət zorakılığı hallarının qarşısının alınması məsələləri müzakirə olunub. Tədbirin əsas məqsədi bu kateqoriyadan olan şəxslərin cəmiyyət tərəfindən dəstəklənməsinin vacibliyini vurğulamaq və diskriminasiya hallarının aradan qaldırılması yollarını birlikdə müzakirə etmək olub. Dəyirmi Masada Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə xanım İbrahimova, yerli bələdiyyə və dövlət qurumlarının təmsilçiləri–məşğulluq xidməti, səhiyyə və sosial xidmət orqanları, təhsil müəssisələrinin nümayəndələri, qeyri-hökumət təşkilatları və icma üzvləri iştirak ediblər. Tədbir zamanı iştirakçılar mövzu ətrafında təqdimatlarla çıxış edib, fikir mübadiləsi aparıblar. Əlilliyi olan qadınlar üçün dəstək qruplarının yaradılması, icmalararası şəbəkələşmənin gücləndirilməsi, sosial inteqrasiyanın və həmrəyliyin artırılması istiqamətində konkret təkliflər səsləndirilib. “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi bu cür tədbirlərin bölgələrdə davamlı şəkildə keçirilməsinin, əlilliyi olan qadın və qızların səsinin daha çox eşidilməsinə və hüquqlarının qorunmasına töhfə verdiyini vurğulayıb.
Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondu (UN Trust Fund) eksklüziv olaraq yerli və milli səviyyədə qadınlara və qızlara qarşı zorakılığın bütün formalarının həllinə həsr olunmuş yeganə qlobal qrant vermə mexanizmidir.
The UN Trust Fund to End Violence against Women (UN Trust Fund) is the only global grant- making mechanism dedicated exclusively to addressing all forms of violence against women and girls. Layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Quba rayonlarını əhatə edir və sentyabr 2022 – avqust 2025 (cəmi 36 ay) müddəti ərzində icra olunacaq.
Dəyirmi masada 35 nəfər iştirak edib.
“Əlil Qadınlar Cəmiyyəti” İBnin Mətbuat Xidməti
Göygöl, 26 avqust 2025-ci il




