Tarix: 25.11.2022
Ünvan: Göygöl şəhəri Heydər Əliyev prospekti 116
Azərbaycan Skautlar Assosiasiyası və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göygöl nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi tərəfindən həyata keçirilən “Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzi”ndə “Sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası və skautinqdə inklüziv” mövzusunda görüş keçirilib.
Görüşdə Azərbaycan Skautlar Assosiasiyasının təqdimatı, birlikdə düşərgə həyatının ayrılmaz hissəsi olan çadırın düzgün formada quraşdırılması, oxatma və qrup işləri təşkil olunub. Azərbaycan Skautlar Assosiasiyası və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göygöl nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi tərəfindən həyata keçirilən Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzində uşaqların sosiallaşmasında təşkil olunan görüşdə Azərbaycan Skautlar Assosiasiyasının təqdimatı, birlikdə düşərgə həyatının ayrılmaz hissəsi olan çadırın düzgün formada quraşdırılması, oxatma və qrup işləri, sual-cavab, viktarina, kağız üzərində rəsm, kağızdan müxtəlif fiqurların neçə saniyədə düzəldilməsi, ox atma kimi məşğələlər təşkil edilmişdir. Uşaqların diqqətini çəkən OX ATMA üzrə proqram olduqca maraqlı olduğundan uşaqlarda xoş əhval-ruhiyyə yaratmışdır. Maraqlı proqram sağlamlıq imkanları məhdud uşaqların ailələrinin diqqətini çəkmişdir.
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi və Azərbaycan Skautlar Assosiasiyası arasında uşaqların inteqirasyasında xüsusi önəm daşıyan bu kimi proqramların, görüşlərin davam etdirilməsi üçün əməkdaşlıq müqaviləsi bağlanmışdır.
Sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə sosiallaşması məqsədilə keçirilən görüş uşaqlar və onların valideynləri tərəfindən müsbət qiymətləndirilib.
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi
Mətbuat xidməti.