“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin Qazax rayon Sosial Reabilitasiya Məkəzinə cəlb olunmuş uşaqlardan beş nəfər  Bakı şəhərində VI Ümumrespublika yarışlarının yarımfinal mərhələsində stolüstü yarışlarda iştirak edir.      
3 Dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər günü ilə əlaqədar Əlilliyi olan şəxslər arasında stolüstü idman oyunları üzrə keçirilən VI Ümumrespublika yarışlarının yarımfinal mərhələsi başlayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən təşkil olunan yarışların yarımfinalında 86 nəfər əlilliyi olan şəxs iştirak edir.
  VI Ümumrespublika yarışlarının yarımfinalında 5 idman növü (şahmat, dama, nərd, stolüstü tennis və qol gücü) üzrə keçirilən yarışlarda iştirak üçün yaş məhdudiyyəti qoyulmayıb və iştirakçıların bir hissəsi də 18 yaşadək əlilliyi olan uşaqlardı.
   Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi maliyyə dəstəyi ilə fəaliyyət göstərən “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin Qazax rayon Sosial Reabilitasiya Məkəzinə cəlb olunmuş uşaqlardan beş nəfər sağlamlıq imkanları məhdud uşaqların stolüstü yarışlarda iştirak etməsi nəzərdə tutulmuşdur. İştirakçı olan uşaqlar SRM-nın işçiləri tərəfindən idmana cəlb olunmuş, peşəkar kadrlar tərəfindən hazırlanaraq Qazax rayonunda keçirilən idman yarışlarında birincilik əldə edən  qaliblər diplom və  hədiyyələrlə təltif edilmişlər.  
Yarışların təşkili əlilliyi olan şəxslərin idmana, habelə stolüstü idman oyunlarına maraqlarının artırılmasına, onların idman bacarıqlarının üzə çıxarılması və dəstəklənməsinə, həmçinin sosial inteqrasiyasına xidmət edir. Yekun mərhələ kimi final mərhələsi keçiriləcək və qaliblərə mükafatlar veriləcək. Yarışlarda iştirak edən uşaqlar.
  1. Hüseynova Aysel Zaur qızı - Ağır eşitmə, nitqin olmaması.(Şaşki)
  2.  Süleymanlı Hüseyn Cehun oğlu - Parez. Yastı pəncə  (Şahmat)        
  3.   Məmmədquliyev Rusif  Rasim oğlu -Ayağında problem.(Şahmat)
  4. Əliyeva Mərvi Mahir qızı – Nitq qüsurlu. (Şaşki)
  5.  Rzazadə Yusif Temur oğlu – İflic , sağ tərəfdə. (Şahmat)