|
PRSS RELİZ
Bütün dünyada 3 dekabr Beynəlxalq Əlillər Günü kimi qeyd edilir. 1992-ci il oktyabrın 14-də Əlillər Onilliyinin başa çatması münasibətilə BMT Baş Məclisi dekabrın 3-nü "Əlilliyi olan insanların Beynəlxalq günü"kimi qeyd olunması haqqında Bəyannamə qəbul edilib. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır. Ümummilli Lider Heydər Əliyevin “Biz əlillər üçün, onların yaşaması üçün, əmək fəaliyyətinə cəlb olunması, öz daxili imkanlarından, istedadlarından istifadə etmələri üçün daha da geniş şərait yaradacağıq” fikri dövlətimizin sosial siyasətinin mühüm prioritetlərindən biri kimi müəyyən olunub və Prezident İlham Əliyev cənablarının uğurlu sosial siyasəti digər sahələrdə olduğu kimi,bu sahədədə də öz imzasını atıb. Ölkədə əlillərin sosial müdafiəsi ilə bağlı dövlət proqramı hazırlanıb. Həmin proqramda əlilliyin qarşısının alınması,əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında qanunun bütün müddəaları öz əksini tapıb. 2 dekabr 2022-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Göygöl rayonunda “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin Göygöl rayon Sosial Reabilitasiya Mərkəzinin 40 nəfər uşaqları ilə birgə keçirib. Ailələrə Dəstək Mərkəzləri (UADM), “Əlil Qadınlar Cəmiyyəti” İB Göygöl rayon şöbəsi, Göygöl rayon Təhsil İdarəsi 3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günündə sağlamlıq imkanları məhdud uşaqların yanında olub. Rayon ərazisində yaşayan həssas təbəqədən olan insanların ailələrinə səfərlər təşkil edilib, ehtiyaclarına uyğun olaraq onlara hədiyyələr verilib. “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi (ƏQC.İB) mətbuat xidməti. |