PRESS RELİZ
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi tərəfindən həyata keçirilən “Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzi”ndə 3 dekabr Beynəlxalq əlillər günü qeyd edildi.
Azərbaycan Skautlar Assosiasiyası və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göygöl nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi tərəfindən həyata keçirilən “Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzi”ndə 3 dekabr Beynəlxalq əlillər günü ilə bağlı görüş keçirilib. Görüşdə valideyinlər, reabilitasiyaya cəlb olunan uşaqlar iştirak etdilər.
Görüşdə “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Süsən Qurbanova çıxış edərək hər il dekabrın 3-də Beynəlxalq Əlillər Gününün bütün dünyada qeyd edilir və bu barədə 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qətnaməsi qəbul olunduğunu qeyd etdi. Onun hədəfi- ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunması və geniş ictimaiyyətin diqqətini onların  problemlərinə yönəltməkdir.
 Azərbaycan Skautlar Assosiasiyasının gəncləri “Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili “layihəsi (Göygöl rayonu ) təşkil olunan tədbirdə iştirak edən edən valideyinlərə 2006-cı ildə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” BMT-nin Konvensiyaya ilk qoşulan ölkələr sırasında olan Azərbaycan hökuməti tərəfindən bütün sağlamlıq imkanları məhdud olan insanlar kimi, uşaqların hüquqlarının qorunması, Konvensiyanın mahiyyəti, onların sağlamlıqlarının bərpası, sosial rifahının yaxşılaşdırılması, mənzillə təminatı, peşə ixtisasına yiyələnməsi, bir sözlə, tam hüquqlu üzv kimi cəmiyyətə inteqrasiya olunması üçün tədbirlər görüldüyünü, həmin sahələrin hər biri üzrə lazımlı addımlar atıldığını iştirakçılara bildirdi. Gənclər tərəfindən uşaqlara psixoloqlar tərəfindən proqramlar göstərildi, hədiyyələrlə sevindirildi.
Sağlamlıq imkanları  məhdud uşaqların cəmiyyətə sosiallaşması məqsədilə keçirilən görüş uşaqlar və onların valideynləri tərəfindən müsbət qiymətləndirilib.
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi
Mətbuat xidməti.