“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi cari ilin sentyabr ayında qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondunun (UN Trust Fund) maliyyə dəstəyi ilə “Bakı, Gəncə şəhərləri, Qusar, Quba. Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsinin icrasına başlamışdır. Layihənin ümumi məqsədi yoxsul ailələrdən o cümlədən məcburi köçkün olan əlil qadınlar və qızlar üçün ictimai xidmətlərin əlçatanlığını və keyfiyyətini daha da artırmaqdır.
Layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Xaçmaz rayonlarını və sentyabr 2022 – avqust 2025 (cəmi 36 ay) müddəti əhatə edəcəkdir.
Layihə çərçivəsində seminarlar
Seminarlar vasitəsilə əlilliyi olan qadın və qızlar və onların ailə üzvləri onlar üçün faydalı olan müxtəlif dövlət xidmətləri barədə, o cümlədən onlara qarşı zorakılığın müxtəlif formalarının tanınması ilə bağlı təlimatlandırılacaq və məlumatlandırılacaqlar.
Həmçinin, seminarlarda əlilliyi olan qadınlara və qızlara qarşı edilən zorakılığa son qoymaq üçün ictimai dəstəyin önəmi haqqında onların yaşadığı icma üzvləri arasında məlumatlılığın artırılması nəzərdə turtulur.
Hər bir seminar iki gün və gün ərzində dörd saat həyata keçirilicəkdir. Layihənin icra müddəti ərzində 30 seminar (Bakıda 15, Gəncədə 6, Qubada 3, Qusarda 3 və Xaçmazda 3) həyata keçirilməsi nəzərdə tutulur.
Layihə çərçivəsində təlimlər
Layihəyə əlilliyi olan qadınlar və qızlarla peşəkar ünsiyyət üzrə təlimlərin və məsləhətlərin hazırlanması və keçirilməsi daxildir.
Təlimin məqsədi müxtəlif təşkilatların, əsasən dövlət təşkilatlarının, həmçinin qeyri-hökumət və biznes təşkilatlarının rəhbər işçiləri və xidmət personalı üçün əlilliyi olan qadınlar və qızlarla peşəkar ünsiyyət üzrə bilik və bacarıqların təkmilləşdirilməsidir.
Hər bir təlim iki gün və gün ərzində dörd saat həyata keçirilicəkdir. Layihənin icra müddəti ərzində 25 təlim (Bakıda 15, Gəncədə 4, Qubada 2, Qusarda 2 və Xaçmazda 2) həyata keçirilməsi nəzərdə tutulur.
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi layihənin qaydalarına uyğun olaraq layihənin icra müddəti ərzində bizim ilə əməkdaşlıq edəcək təlimçi üçün müsabiqə elan edir. Müsabiqədə iştirak etmək üçün Sizdən hazırladığınız təklif paketini (təlim və seminar üçün təklif etdiyiniz 1. gündəliklər, 2. təqdimatlar və 3. paylama materialları) 06.01.2023 tarixinə qədər bizə göndərməyinizi xahiş edirik.
Aşağıda yanvar və fevral ayları üçün keçiriləcək seminarların cədvəli Sizə təqdim olunur:
Seminarların tarixi | 25-26 yanvar | 1-2 fevral | 8-9 fevral | 15-16 fevral | 23-24 fevral |
Keçiriləcək yer | Gəncə | Bakı | Bakı | Quba | Quba |
Təlimlərin mart ayından başlayaraq keçirilməsi planlaşdırılır.
Təlim və seminarların keçirildiyi məkana (şəhərə və rayona) getmək təlimçinin öz öhdəçiliyinə daxildır. Bunun üçün ezamiyyə xərcləri layihə büdcəsi çərçivəsində ödəniləcəkdir.
Hər hansı bir sualınız olarsa, bizimlə əlaqə saxlaya bilərsiniz.
Hörmətlə, Layihə köməkçisi. Rima Məmmədova