3 Dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər günü ilə əlaqədar Əlilliyi olan şəxslər arasında stolüstü idman oyunları üzrə keçirilən VI Ümumrespublika yarışlarının yarımfinal mərhələsi başlayıb.
   Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən təşkil olunan yarışların yarımfinalında 86 nəfər əlilliyi olan şəxs iştirak edir.
     VI Ümumrespublika yarışlarının yarımfinalında 5 idman növü (şahmat, dama, nərd, stolüstü tennis və qol gücü) üzrə keçirilən yarışlarda iştirak üçün yaş məhdudiyyəti qoyulmayıb və iştirakçıların bir hissəsi də 18 yaşadək əlilliyi olan uşaqlardı.      
    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi maliyyə dəstəyi ilə fəaliyyət göstərən “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin Qazax rayon Sosial Reabilitasiya Məkəzinə cəlb olunmuş uşaqlardan beş nəfər sağlamlıq imkanları məhdud uşaqların stolüstü yarışlarda iştirak ediblər. İştirakçı olan uşaqlar SRM-nın işçiləri tərəfindən idmana cəlb olunmuş, peşəkar kadrlar tərəfindən hazırlanaraq Qazax rayonunda keçirilən idman yarışlarında birincilik əldə etmişlər. Qaliblər diplom və hədiyyələrlə təltif edilmişlər. Yarışların təşkili əlilliyi olan şəxslərin idmana, habelə stolüstü idman oyunlarına maraqlarının artırılmasına, onların idman bacarıqlarının üzə çıxarılması və dəstəklənməsinə, həmçinin sosial inteqrasiyasına xidmət edir.
Yarışlarda iştirak edən uşaqlar:
    25 noyabr 2022-ci ildə Əliyeva Mərvi Mahir qızı (Nitq qüsurlu) – Gənclər və İdman Nazirliyi Ağıstafa rayon Gənclər və İdman idarəsi S.X.A.- nin Qazax-Tovuz Regional Filialında Dama (uşaqlar arası) Zona birinciliyi əldə etmişdir. S.X.A.-nin tərəfindən birdəfəlik 30 AZN. verilmişdir.

                                             
    
02 dekabr 2022-ci ildə Bakı şəhərində keçirilən əlilliyi olan şəxslərin stolüstü idman oyunları üzrə VI Ümum Respublika yarışında 1-ci yeri əldə etmişdir. S.X.A.-nin tərəfindən  birdəfəlik 500 AZN. verilmişdir.