“Bakı, Gəncə şəhərləri, Qusar, Quba. Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində Gəncə şəhərində dövlət qurumlarının əməkdaşlarından ibarət yaradılan Kordinasiya Şurasının üzvülərinə təlim təşkil olundu.
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC.İB) Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondunun (UN Trust Fund) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bakı, Gəncə şəhərləri, Qusar, Quba. Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində dövlət qurumlarının iştirakı ilə yaradılan Koordinasiya Şurasının üzvülərinə aprel ayının 26-27-də Gəncə şəhrində təlim təşkil olundu. Təlim peşəkar təlimçi Etika Akademiyasının direktoru Günel İbrahim tərəfindən keçirilmişdir.
Təlimin keçirilməsində məqsəd dövlət, vətəndaş cəmiyyəti və özəl təşkilatlarının iştirakı ilə əlilliyi olan qadın və qızlara qarşı ictimai yerlərdə olan münasibətin dəyişməsi və onlara qarşı olan zorakılıq hallarının qarşısının alınması, onlar üçün icitmai xidmətlərin müyəssərliyinin və keyfiyyətinin yaxşılaşdırılması sahələrini əhatə etmişdir.
Təlimdə əsasən dövlət təşkilatlarının işçilərinə və xidmət personalı üçün əlilliyi olan qadınlar və qızlarla peşəkar ünsiyyət üzrə təlim, həmçinin əlilliyi olan qadınlar və qızlara diqqət yetirməklə əlilliyi olan insanlarla peşəkar etik ünsiyyət üzrə praktiki təlimat, əlilliyi olan qadın və qızlar və onların ailə üzvləri onlar üçün faydalı olan müxtəlif dövlət xidmətləri barədə, o cümlədən onlara qarşı zorakılığın müxtəlif formalarının tanınması ilə bağlı təlimatlandırılma aparılmışdır

Təlim aşağıdakı sahələri əhatələmişdir.
Birgə yaşamaq mədəniyyəti ; Etik davranıış qaydaları; Əlilliyi olan qadınlarla davranış etikası; Öhdəliklərimiz; İctimaiyyətin vəzifəsi
Təlim zamanı peşəkar təlimçi Günel İbrahim qızı tərəfindən hökümət təşkilatlarına sosial, səhiyyə, ədliyyə, məşğulluq, təhsil, hüquq mühafizə orqanlarının əməkdaşlarına müxtəif növ əlilliyi və kommunikaisya çətinlikləri olan qadın və qızlar ilə peşəkar etik ünsiyyətin və onlara xidmət göstərməyə dair kommunikativ bilik və bacarıqlar sahələrini önəmə çəkmişdir.
Layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Xaçmaz rayonlarını əhatə edir.
İcea müddəti sentyabr 2022 – avqust 2025 (cəmi 36 ay) ərzində icra olunacaq.
“Əlil Qadınlar Cəmiyyəti”İB Mətbuat xidməti 26.aprel 2023-cü il