Funded by
PRESS RELİZ
    “Bakı, Gəncə şəhərləri, Qusar, Quba, Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində Bakı şəhərində dövlət qurumlarının əməkdaşlarından ibarət Kordinasiya Şurasının üzvülərinə təlim təşkil olundu.


   “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC.İB) Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondunun (UN Trust Fund) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bakı, Gəncə şəhərləri, Qusar, Quba, Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində ictimai xidmətlər göstərən dövlət qurumlarının iştirakı ilə yaradılan Kordinasiya Şurasının üzvlərinə may ayının 25-də Bakı şəhərində təlim təşkil olundu. Təlim peşəkar təlimçi Günel İbrahim tərəfindən keçirilmişdir.


   Təlimin keçirilməsində məqsəd əlilliyi olan qadın və qızlara dövlət, vətəndaş cəmiyyəti və özəl təşkilatlar tərəfindən münasibətin yaxşılaşdırılması, onlara qarşı olan zorakılıq hallarının qarşısının alınması, onlar üçün icitmai xidmətlərin keyfiyyətinin və müyəssərliyinin təmin edilməsidir.
   Təlim zamanı peşəkar təlimçi Günel İbrahim sosial, səhiyyə, ədliyyə, məşğulluq, təhsil, hüquq mühafizə sahələrində fəaliyyət göstərən qurumların əməkdaşları üçün müxtəif növ əlilliyi və kommunikaisya çətinlikləri olan qadın və qızlar ilə peşəkar etik ünsiyyət və onlara xidmət göstərməyə dair kommunikativ bilik və bacarıqlar sahələrini önəmə çəkmişdir.

Təlim mövzüsunun istiqamətləri:
  • Birgə yaşamaq mədəniyyəti ;
  • Etik davranıış qaydaları;
  • Əlilliyi olan qadınlarla davranış etikası; Öhdəliklərimiz;
  • İctimaiyyətin vəzifəsi;
  • Beyin alimlərinin ixtiraları əsasında davranış kodları;
  • Emosional zəka meyyarları;
  • Xüsusi bədən dili;
  • İş mühitində qeyri verbal göndərmələr xəritəsi;
  • Nitq Formulaları: Xarizmatik nitq. Mütəxəssis nitqi. Motivasiya nitqi;.
  • Narazılıqları sürətli  dəf etmə texnikası;
  • Neyro Estetika- beyin məşqləri. Stresədavamlılıq.
  • Layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Xaçmaz rayonlarını əhatə edir.
    İcra müddəti  sentyabr 2022 – avqust 2025 (cəmi 36 ay) ərzində icra olunacaq.                                                                           

    “Əlil Qadınlar Cəmiyyəti” İB Mətbuat xidməti 25 may 2023-cü il