PRESS RELİZ
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin
1 saylı Uşaq Reabilitasiya Mərkəzinə QHT-lərin iştirakı ilə infotur təşkil edilib
 
İnfotur Agentliyin fəaliyyəti, 18 yaşınadək əlilliyi olan şəxslərə göstərilən reabilitasiya xidmətləri barədə məlumat vermək, həmçinin QHT nümayəndələrinin rəy və təkliflərini öyrənmək məqsədi daşıyıb.


İştirakçılarının diqqətinə çatdırılıb ki, mərkəzin məqsədi tibbi, sosial, tədris-peşə reabilitasiya tədbirlərinin aparılması yolu ilə 18 yaşınadək əlilliyi olan şəxslərin sosial stasunun bərpa edilməsini və onların cəmiyyətə inteqrasiyasını təmin etməkdir.
Bildirilib ki, onlar praktikada özünü doğrultmuş fizioterapevtik prosedurlardan, müalicəvi vannalardan və s. istifadə edilməklə 15-dən çox növdə reabilitasiya xidmətləri, habelə sosial yanaşma əsaslı reabilitasiya tədbirləri ilə əhatə olunurlar.
Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ikisi paytaxda olmaqla 3 uşaq reabilitasiya müəssisəsi fəaliyyət göstərir.
Yaxın vaxtlarda Şəmkir rayonunda da Uşaq Reabilitasiya Mərkəzi istifadəyə veriləcək. Həmçinin Ağcabədi və Qubada Uşaq Reabilitasiya Mərkəzlərinin yaradılması nəzərdə tutulur. İnfotur çərçivəsində bir sıra tanınmış təlimçi və psixoloqlar tərəfindən uşaqların fiziki və psixoloji inkişafında ailənin rolu, uşaqları kiberzorakılıqdan qorumaq, psixoloji mühitin insanın şəxsiyyət kimi formalaşmasında əhəmiyyəti mövzusunda təlim də keçirilib.
 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 1 saylı Uşaq Reabilitasiya Mərkəzinə QHT-lərin iştirakı ilə infotur təşkil edilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 1 saylı Uşaq Reabilitasiya Mərkəzinə QHT-lərin iştirakı ilə infotur təşkil edilib