Funded by

 
PRESS RELİZ
   “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC.İB) Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondunun (UN Trust Fund) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bakı, Gəncə şəhərləri, Qusar, Quba, Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsində nəzərdə tutula proqram üzrə iyun ayının 25-də Bakı şəhərində Çıraq Plaza Oteldə jurnalistlər üçün təlim təşkil olundu. Təlim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimai əlaqələr və kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov tərəfindən  keçirilmişdir. 

Uzun illərin televiziya aparıcısı və hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov təlimçi qismində iştirakçılara əlilliyi olan şəxslərlə bağlı qanunveriçiliklə tənzimlənən tələblər haqqında geniş məlumat verib. Jurnalistlərin onlarla ünsiyyətdə olarkən, peşə fəaliyyətini həyata keçirərkən gözlənilməsi vacib olan məqamlardan danışıb. Layəhədə nəzərdə tutulan etik davranış və yanaşmaların tələbləri barədə izahlı məruzə edib.
“Bu gün keçirilən tədbir ondan ibarətdir ki, əlilliyi olan şəxslərin cəmiyyətdə inteqrasiyasını, eləcə də onlara göstərilən davranışların həyata keçirilməsi ilə bağlı layihələr haqda gərəkli informasiyaları bölüşək. Əlilliyi olan şəxslərin rastlaşdığı problemləri birgə müzakirə edib, onların cəmiyyətə yenidən inteqrasiyası istiqamətində əlimizdən gələni edək. Biz sübut etməlyik ki, əlilliyi olan şəxslər heç də cəmiyyətin digər üzvlərindən geri qalmır. Onlar mütəmadi olaraq cəmiyyətin içindədir, daima inteqrasiya olunurlar. Biz həm siz jurnalistlərin, həm də qeyri-hökumət təşkilatlarının sayəsində onlara göstərməliyik ki, heç də cəmiyyətdən geri qalmırlar”, – Tural Qasımov bildirib.


Tədbirdə iştirak edən, əlilliyi olan Zinyət Vəliyeva onlar üçün əlçatanlığın təmini məqsədi ilə ilə reablitasiya mərkəzlərindəki bəzi nüanslara diqqət çəkib.
Təlimçi Tural Qasımov peşəkar jurnalist bacarığından istifadə edərək sosial, səhiyyə, ədliyyə, məşğulluq, təhsil, hüquq mühafizə sahələrində fəaliyyət göstərən qurumların mətbuat xidmətinin rəhbərlərinə  müxtəif növ əlilliyi və kommunikaisya çətinlikləri olan qadın və qızlara davranış, onlara xidmət göstərməyə dair kommunikativ bilik və bacarıq  sahələrini peşəkarcasına önə çəkmişdir.
Layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Xaçmaz rayonlarını əhatə edir.
İcra müddəti  sentyabr 2022 – avqust 2025 (cəmi 36 ay) ərzində icra olunacaq.                                                                           

“Əlil Qadınlar Cəmiyyəti” İB Mətbuat xidməti 25 iyun 2023-cü il