“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC.İB) Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondunun (UN Trust Fund) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bakı, Gəncə şəhərləri, Qusar, Quba. Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində Quba şəhərində iyul ayının 24-də III- Dəyirmi Masa keçirildi. Dəyirmi masanın davamlı olaraq həyata keçirilməsində məqsəd dövlət, vətəndaş cəmiyyəti və özəl təşkilatlarının iştirakı ilə əlilliyi olan qadın və qızlara qarşı ictimai yerlərdə olan münasibətin dəyişməsi və onlara qarşı olan zorakılıq hallarının qarşısının alınması, onlar üçün icitmai xidmətlərin müyəssərliyinin və keyfiyyətinin yaxşılaşdırılması sahəsində tədbirləri üçün yerli fəaliyyət planlarının hazırlanmasıdır. Dəyirmi masada müxtəlif hökümət, qeyri-hökümət və biznes təşkilatlarının iştirakı ilə maraqlı müzakirələr aparıldı.
Dəyirmi masa zamanı “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə xanım Rəhimova layihənin fəaliyyəti, görülən işlərin nəticələri, birinci dəyirmi masadan sonra həllini tapan problemlər haqqında iştirakçılara geniş məlumat verdi. Tədbir zamanı iştirakçılar əlilliyi olan qadın və qızların ictimai yerlərdə qarşılaşdığı problemlər və onlara qarşı ayrıseçkiliklər və onların həll yolları haqqında geniş müzakirə edildi. Layihə çərçivəsində yaradılmış Koordinasiya Şurasının müsbət nəticələri, davamlılığı, birgə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində təkliflər dinlənildi. Üzvlərin vəzifələri bir daha müzakirə olundu. Dəyirmi masa da 25 nəfər iştirak etdilər.
Layihənin ümumi məqsədi: yoxsul ailələrdən o cümlədən məcburi köçkün olan əlil qadınlar və qızlar üçün ictimai xidmətlərin əlçatanlığını və keyfiyyətini daha da artırmaqdır.
Layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Xaçmaz rayonlarını əhatə edir və sentyabr 2022 – avqust 2025 (cəmi 36 ay) müddəti ərzində icra olunacaq.
“Əlil Qadınlar Cəmiyyəti”İB Mətbuat xidməti