Azərbaycan Respublikasının
Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyi
PRESS RELIZ
Azərbaycan Respublikasının Skandinavia ölkələrindəki (Norveç, İsveç, Finlandiya, Danimarka) fövqəladə və səlahiyyətli nümayəndəsi, səfir cənab Zaur Əhmədovla “Əlil Qadınlar Cəmiyyəti”nin sədri Məhluqə Qaramanlının Stockholmdakı səfirliyin binasında görüşü keçirildi.
Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə İsveçdə səfərdə olan “Əlil Qadınlar Cəmiyyəti”nin sədri Məhluqə Qaramanlı və cəmiyyətin İH-nin üzvü Firuzə Babayeva 2023-cü il oktyabr ayının 23-də Azərbaycan Respublikasının Skandinavia ölkələrindəki (Norveç, İsveç, Finlandiya, Danimarka) fövqəladə və səlahiyyətli nümayəndəsi, səfir cənab Zaur Əhmədovla Stockholmdakı səfirliyin binasında görüş keçirdilər. Görüş səfirliyin binasını tanışlığı ilə başladı. Daha sonra ölkəmizlə , xüsusın də son dövrləri əks etdirən hadisələrlə əlaqədar bütün Skandinavia regionunda səfirliyin keçirdiyi tədbirlərlə bağlı cənab səfir Z.Əhmədov qonaqları məlumatlandırdı. Səfir Zaur Əhmədov “İz” filminin yaradıcı heyətini böyük məmnuniyyətlə təbrik edərək bildirdi ki, film Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacaq və Stokholmdakı təqfimatla bağlı ermənipərəst dairələrin son günlərdə sosial şəbəkələrdə qeydə alınan narahatlığı filmin artıq hədəflərinə çatmaqda olmasının göstəricisidir. Qonşularımızın bu təqdimatdan belə narahat olmasını görüşdə iştirak edən Beynəlxalq Media Qurupunun rəhbəri rejissor Rahim Sadıqbəyli də dilə gətirdi. Rahim bəy ona da həm X səhifəsində, həm FB və İnstaqramda bu tədbirlə əlaqədar paylaşımlarda erməni troll qurupunun hücumundan danışdı. “Əlil Qadınlar Cəmiyyəti” Ictimai Birliyinin sədri Məhluqə Qaramanlı tədbirdə iştiraka görə cənab səfir Zaur Əhmədova öz minnətdarlığını bildirdi. Məhluqə xanım Skandinaviyada işləməyin çətinlikləri barədə əvvəlcədən də məlumatlı olduğunu dilə gətirdi və cənab səfirə bu çətin işdə uğurlar arzuladı. Sonda cənab səfir Zaur Əhmədov, Avropadakı Azərbaycan yönümlü cəmiyyətlərlə Azərbaycan Respublikasındakı Qeyri Hökumət Təşkilatları arasında iş birliyinin vacibliyindən danışdı və o da öz növbəsində “Əlil Qadınlar Cəmiyyəti” Ictimai Birliyinə sonrakı fəaliyyətlərində uğurlar arzuladı.