“Bakı, Gəncə şəhərləri, Qusar, Quba. Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində Bakı şəhərində seminar təşkil edildi.

                                     PRESS RELİZ


 “Əlil Qadınlar Cəmiyyəti”İctimai Birliyində  daha bir seminar  keçirilib 
Bugun.tv xəbər verir ki, “Əlil Qadınlar Cəmiyyəti” İctimayi Birliyində əlilliyi olan qadın və qızlarla tələbələr arasında görüş keçirilib. Bu barədə QHT rəhbəri Məhluqə Qaramanlı məlumat verib. Onun sözlərinə görə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə  Azərbaycan Universitetinin Sosial iş və Filologiya fakültəsinin tələbələrinin iştirak etdikləri seminarda məqsəd sosial iş sahəsində əlilliyi olan qadın və qızlarla  davranış qaydalarını aşılamaq olub.
 “BMT-nin Etimad fondunun maliyyə dəstəyi ilə gerçəkləşdirilən “Bakı, Gəncə şəhərləri, Qusar, Quba, Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində həyata keçirilən seminar Bakı şəhərində təşkil edildi. Tələbələrlə birgə əliliyi olan qadın və qızlara çox maraqlı seminar təşkil edildi. Layihənin təlimçisi İradə Rizazadə onlara əlilliyi olan qadınlar və qızların bu gün rastlaşdığı problemlər, qanunlar, yanaşmalar və s. sahələri əhatələyən proqram üzrə seminar keçdi. Gələcəyin dövlət xidmətlərində çalışacaq olan tələbələrə əlilliyi olan şəxslərlə ünsiyyət qaydalarını izah etdi. Onlarla davranarkən nələrə diqqət etməli olduqları haqda geniş məlumat verdi”.
    Seminara qatılan ali təhsil ocaqlarının əməkdaşlarının mövzu ilə tələbələr tərəfindən hazırlanmış slaydlar seminar iştirakçılarına təqdimat edildi. Seminarda əsasən  müxtəlif yanaşma metodları ilə müzakirələr oldu. Seminar daha sonra sual-cavab, maraqlı aktyor ifaları ilə  diskusiya şəklində davam edib. Təlimçi İradə Rizzadə və seminarda iştirak edən gənc əlilliyi olan qızlar tələbələri maraqlandıran sualları cavablandırıblar.
Sonda seminarda iştirak edənlərə “Əlil Qadınlar Cəmiyyəti”nin  üvləri tərəfindən serifikatlar təqdim olunub.       
Seminarda ümumilikdə 35 nəfər iştirak etmişdi..
  Layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Xaçmaz rayonlarını əhatə edir və sentyabr 2022 – avqust 2025 (cəmi 36 ay) müddəti ərzində icra olunacaq.
“Əlil Qadınlar Cəmiyyəti” İB Mətbuat xidməti