PRESS RELİZ
 
CƏMİYYƏTDƏ ƏLİLLİK HAQQINDA STEREOTİPLƏR VƏ SƏHV DAVRANIŞLARIN QARŞISININ ALINMASINDA DÖVLƏT QURUMLARI İLƏ BİRGƏ ƏMƏKDAŞLIQ ƏLAQƏLƏRİ YARADILIB:
 
 “Bakı, Gəncə şəhərləri, Qusar, Quba. Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində Quba şəhərində II-Dəyirmi masa keçirildi
   “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC.İB) Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondunun (UN Trust Fund) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bakı, Gəncə şəhərləri, Qusar, Quba. Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində Quba şəhərində  Dəyirmi Masa keçirildi. Dəyirmi masanın davamlı olaraq həyata keçirilməsində məqsəd dövlət, vətəndaş cəmiyyəti və özəl təşkilatlarının iştirakı ilə əlilliyi olan qadın və qızlara qarşı ictimai yerlərdə olan münasibətin dəyişməsi və onlara qarşı olan zorakılıq hallarının qarşısının alınması, onlar üçün icitmai xidmətlərin müyəssərliyinin və keyfiyyətinin yaxşılaşdırılması sahəsində tədbirləri üçün yerli fəaliyyət planlarının hazırlanmasıdır.   

 
Dəyirmi masa zamanı “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə xanım Rəhimova layihənin fəaliyyəti, görülən işlərin nəticələri, beşinci dəyirmi masadan sonra həllini tapan problemlər haqqında iştirakçılara geniş məlumat verdi. Qusar, Quba. Xaçmaz rayonlarını əhatə edən Koordinasiya Şurasının sədri, Quba rayonu üzrə layihə koordinatorunun səlahiyyətli nümayənsədi Nəhayət Şirinovanın görülən işlərlə bağlı hesabatı dinlənildi.Tədbir zamanı iştirakçılar əlilliyi olan qadın və qızların ictimai yerlərdə qarşılaşdığı problemlər və onlara qarşı ayrıseçkiliklər və onların həll yolları haqqında geniş müzakirələr edildi. Layihə çərçivəsində yaradılmış Koordinasiya Şurasının müsbət nəticələri, davamlılığı, birgə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində təkliflər dinlənildi. Üzvlərin vəzifələri bir daha müzakirə olundu.
 

Dəyirmi masa da 55 nəfər iştirak etdilər.
Dəyirmi Masa Quba şəhərində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialının binasında keçirilib.
 Layihənin ümumi məqsədi: yoxsul ailələrdən o cümlədən məcburi köçkün olan əlil qadınlar və qızlar üçün ictimai xidmətlərin əlçatanlığını və keyfiyyətini daha da artırmaqdır. Layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Xaçmaz rayonlarını əhatə edir və sentyabr 2022 – avqust 2025 (cəmi 36 ay) müddəti ərzində icra olunacaq.



Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondu (UN Trust Fund) eksklüziv olaraq yerli və milli səviyyədə qadınlara və qızlara qarşı zorakılığın bütün formalarının həllinə həsr olunmuş yeganə qlobal qrant vermə mexanizmidir.
The UN Trust Fund to End Violence against Women (UN Trust Fund) is the only global grant-making mechanism dedicated exclusively to addressing all forms of violence against women and girls.