Описание: A picture containing text, clipart

Description automatically generated



 


Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin tabeliyində
Sosial Xidmətlər Agentli

"Əlil Qadınlar Cəmiyyəti "  İctimai Birliyi  tərəfindən   Mingəçevir şəhərində Sağlamlıq imkanları məhdud uşaqların valideyinlərlinə Uşaq Hüquqları ilə bağlı  təlim keçirildi, Zəfər Günü qeyd edildi. 
Ünvan: Mingəçevir şəhəri Gənclər  evi                                            
 
 Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi (ƏQC.İB) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmət Agentliyinin dəstəyi ilə “Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili “ (Mingəçevir şəhəri üzrə 6.5 ay) layihəsi fəaliyyətini davam etdirir. Mərkəzə 100 əliliyi olan uşaqlar cəlb olunub.  
 “Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili“ layihəsi çərçivəsində Mingəçevir şəhərində fəaliyyət göstərən mərkəz tərəfindən Gənclər Evində 03.11.2022-ci il tarixində Uşaq Hüquqları ilə bağlı valideyinlərə təlim keçirilmişdir. Təlimdən sonra 08  noyabr Zəfər Tariximizlə bağlı əlilliyi olan uşaqların iştirakı ilə musiqili proqram təşkil edilmişdir. Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, müavinlər, digər qurumlardan nümayəndələr iştirak etmişdi. Təşkil olunan tədbirdə  Reabilitasiya Mərkəzinə cəlb olunan uşaqların valideyinləri, işçi heyyəti təşkil olunan görüşlərdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham müəllimin təşkil olunan tədbirdə iştirakına yüksək dəyər vermişdilər. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham müəllim çıxış edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmət Agentliyinin dəstəyini, uşaqların inkişafında görülən işləri, həyata keçirilən fəaliyyətləri yüksək qiymətləndirmişdir. Uşaqlar tərəfindən hazırlanan  proqram tədbir iştirakçılarnda yüksək əhval- ruhiyyə yaratmışdır. Tədbirin sonda birlikdə xatirə şəkili çəkdirilmişdir.    
Təşkil olunan təlimdə Reabilitasiya Mərkəzinn işçi heyyəti ilə uşaqların valideyinləri təşkil olunan görüşlərin Sosial Reabilitasiya Mərkəzində davamlı olaraq keçirilməsi, təkliflərin  verilməsi sahəsində maraqlı diskusiyalar sual- cavablar təşkil edilmişdir. Sonda valideyinlər tərəfindən maraqlı təkliflər verilmişdir.
Təkliflər:
  • Uşaqların sosial xidmətə gətirilməsində ailələrin sosial və iqtisadi problemlərinin həllinə  dəstəyin verilməsi;
  • Uşaqların gətirilməsində nəqliyyat problemlərinin həll olunması;
  • Ailələri tərəfindən uşağın reabilitasiyasına dəstək verilən mərkəzin davamlılığının  təşkili;
  • İstəyi və ehtiyyacı olan ailələrin məşğulluğa cəlb olunması
  • Məşğulluqda qeydiyyata düşən, lakin problemlər yaşayan ailələrə dəstəyin göstərilməsi
  • Sosial yardımların şamil olunacaq ailələrə dəstəyin göstərilməsi

         “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi (ƏQC.İB) mətbuat xidməti.