Funded by
PRESS RELİZ
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC İB) məqsədi əlilliyi olan qadın və qızların Azərbaycan Respublikası və beynəlxalq qanunvericilik çərçivəsində hüquqlarının qorunması, sosial, psixoloji və fiziki sağlamlığı, iqtisadi vəziyyətlərinin yaxşılaşdırmasından ibarətdir.“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC İB) yarandığı ildən indiyə kimi planlı şəkildə müxtəlif layihələr və proqramların dəstəyi ilə tədbirlər həyata keçirərək onların problemlərinin həllinə yardımçı olur.
Cari ilin sentyabr ayında “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC İB) Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondunun (UN Trust Fund) maliyyə dəstəyi ilə “Bakı, Gəncə şəhərləri, Qusar, Quba. Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsinin icrasına başlamışdır. Layihənin ümumi məqsədi yoxsul ailələrdən o cümlədən məcburi köçkün olan əlil qadınlar və qızlar üçün ictimai xidmətlərin əlçatanlığını və keyfiyyətini daha da artırmaqdır. Layihəyə müxtəlif təşkilatların, əsasən dövlət təşkilatlarının, həmçinin qeyri-hökumət və biznes təşkilatlarının rəhbər işçiləri və xidmət personalı üçün əlilliyi olan qadınlar və qızlarla peşəkar ünsiyyət üzrə təlimlərin və məsləhətlərin hazırlanması və keçirilməsi daxildir. Layihədə nəzərdə tutulduğu kimi əlilliyi olan insanlarla peşəkar etik ünsiyyət üzrə praktiki təlimat hazırlanacaqdır. Seminarlar vasitəsilə əlilliyi olan qadın və qızlar və onların ailə üzvləri onlar üçün faydalı olan müxtəlif ictimai/dövlət xidmətləri barədə, o cümlədən onlara qarşı zorakılığın müxtəlif formalarının tanınması ilə bağlı təlimatlandırılacaq və məlumatlandırılacaqlar.
Benefisiarlar əsasən yoxsul ailələrdən o cümlədən dəstəyə ehtiyacı olan məcburi köçkün icmalarından olan əlilliyi olan qadınlar və qızlar olacaq. Eyni zamanda, sosial, səhiyyə, ədliyyə, təhsil, məşğulluq, hüquq mühafizə və digər xidmətlər göstərən dövlət və ictimai təşkilatların rəhbər heyəti və işçiləri bu layihədən faydalanacaqlar.
Layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Xaçmaz rayonlarını əhatə edəcək. Layihənin icrasının müddəti: sentyabr 2022 – avqust 2025 (cəmi 36 ay).
Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondu (UN Trust Fund) eksklüziv olaraq yerli və milli səviyyədə qadınlara və qızlara qarşı zorakılığın bütün formalarının həllinə həsr olunmuş yeganə qlobal qrant vermə mexanizmidir.
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC İB) mətbuat xidməti.

The UN Trust Fund to End Violence against Women (UN Trust Fund) is the only global grantmaking mechanism dedicated exclusively to addressing all forms of violence against women and girls.