Azərbaycan Respublikasının
Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyi

 
Press-reliz


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti ilə “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasının” icrasına ictimai dəstəyin verilməsinə dair qrant müsabiqəsinin qalibi  “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi  (ƏQC.İB) tərəfindən "İZ- Qərbi Azərbaycanlılara qarşı soyqırımı və deportasiya cinayətləri" sənədli filminin  çəkilişinə başlanılıb.
 
Layihənin əsas məqsəd:
 
Hazırda Ermənistan Respublikası adlanan qədim Azərbaycan məskənlərində ötən yüzillikdə dəfələrlə (1905-1907, 1918- 1920, 1948-1953, 1988-1991) erməni millətçilərinin və sovet imperiyasının təzyiqi altında tərk etməyə məcbur olmuş insanların məşəqqətli həyat tarixçələri, adları dəyişdirilən yaşayış məskənlərimizin, mədəni irsimizə erməni vandalizm siyasətlərini, Qərbi azərbaycanlılara qarşı soyqırım və deportasiya cinayətlərinin beynəlxalq müstəvidə tanıdılması istiqamətində təşəbbüslərlə çıxışlar edilərək, "İZ- Qərbi Azərbaycanlılara qarşı soyqırımı və deportasiya cinayətləri" sənədli filminin  əsas istiqaməti əhalini böyük qayıdışa hazırlamaq, hədəfimiz isə əhalidə, xüsusilə gənc nəsildə Qərbi Azərbaycanla bağlı daha dolğun və obyektiv təsəvvürlər formalaşdırmaqdan ibarətdir.

Layihənin həyata keçirilən coğrafi ərazi;  Filmdə Azərbaycanda və Türkiyədə yaşayan soydaşlarımızın iştirakçılığı  təmin edilir.
"İZ”-Qərbi Azərbaycanlılara qarşı soyqırımı və deportasiya cinayətləri" sənədli filmin çəkilişi zamanı tariximizə səyahət, canlı şahidlərlə sujetlər, müsahibələrin alınması, fotolar, videolarla çəkilişlər təşkil olunur.
"İZ-Qərbi Azərbaycanlılara qarşı soyqırımı və deportasiya cinayətləri" sənədli filminin tərəfimizdən seçilmiş İsveçdə (Stokholm)  konfrans təşkil edilərək təqdimatı keçiriləcək.

Filmin Senari müəllifi- Mahir Qəribov- Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-nin İctimai-siyasi proqramlar studiyasının Tarix şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru
Quruluşçu rejissor:  Vasif Məmmədzadə - Əməkdar mədəniyyət işçisi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsini bitirib.
Layihə dörd ay (01.07.2023 – 01.11.2023) müddətinə icra olunacaq.

“Əlil Qadınlar Cəmiyyəti” İB Mətbuat xidməti