“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi (ƏQC.İB) tərəfindən müharibədən əziyyət çəkən şəhid və qazi ailələrindən olan xüsusi qayğıya ehtiyyacı olan 100 nəfər uşağa psixo-sosial  reabilitasiya xidmətlərinin göstərilməsi təşkil edilmişdir. Həmin ailələrdən olan uşaqların cəmiyyətə inteqrasiyası sahəsində ailələrin bilik və bacarıqlarının inkişaf etdirmək üçün ailələrə səfərlərin edilməsi tələbləri təmin edilmişdir. Əlil Qadınlar Cəmiyyəti İctimai Birliyinin işçi heyyəti bütün bölgələrdə olaraq müharibədən əziyyət çəkən şəhid və qazi ailələrinin xüsusi qayğıya ehtiyyacı olan uşaqlara psixoloji dəstəyin verilməsinə xüsusi önəm verilmişdir. QHT olaraq fəaliyyətini layihənin dəstəyi ilə müharibədən zərər çəkmiş şəhid ailələrinin, qazilərin, onların həyat yoldaşlarının, ailədə olan uşaqların qayğısına, təhsillərinin inkişafı sahəsində  istiqamətləndirilmişdir.


”Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi(ƏQC.İ.B) mütəxəssisləri öz təcrübəsini psixoloji stres yaşayan uşaqlarla çalışan dövlət və QHT nümayəndələri ilə, könüllülərlə bölüşür, geniş milli və beynəlxalq təcrübəsini sosial, iqtisadi və siyasi nöqteyi nəzərdən bu işə ehtiyac duyan tərəflərin tələblərinə uyğun olaraq paylaşır. Layihəyə cəlb olunan mütəxəssisləri dünyanın qabaqcıl ölkələrinin treynerləri tərəfindən reabilitasiya və sosial iş üzrə təlimləndirilmişlər. Layihədə iştirak edən psixoloqlar ən yüksək təcrübəyə yiyələnən,bir qrup olaraq formalaşmışdılar. 

-Evlərə psixoloqların ezamiyyə edilməsi.
-Psixoloqlar tərəfindən uşaqlarla seansların təşkili
-Reabilitasiya işi üçün əlavə olaraq xüsusi olaraq gözlənilmədən alınan travmanın qarşısının alınması, bacarıqlarını inkişaf etdirmək üçünardııcıl həftəlik seanslar təşkil edilmişdir. 
- Psixoloqların təşkil etdiyi əyani və onlayn seansları zamanı ən çox qarşılaşdıqları vəziyyət xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onların valideyinlərinin terapeya edilərkən çətinlikdən çıxmaları, bərpa prosesinin tərkib hissəsi kimi istifadə etmıələrinə imkanlar yaradıldı.
-Səyyar xidmətlər zamanı uşaqlara xüsusi terapeya xarakterli keçirilməsinə  üstünlük verildi.  Ən çətin anlarda xəstəxana heyəti ilə əməkdaşlıq əlaqələri yaradıldı:
Konsultasiyalar hər gün həyata keçirilir. Ailələrə səfərlər edilir. Konsultasiyada işçi heyətinin iki və ya üç üzvü iştirak edir. Psixoloji dəstəyə ehtiyyacı olan uşaqlar və onların  valideynləri konsultasiyaya cəlb olunmuşlar. Konsultasyalar bəzi ailələrə dəfələrlə təşkil edilmişdir. 

Uşağın və valideynin ehtiyaclarından asılı olaraq hər bir uşaq üçün  fərdi məşğələ  təşkil edilmişir. 
Praktiki iş zamanı təcrübə bölgüsü aparılır və nəzəri materiallardan istifadə edilir.
Layihə müddətində işçi heyəti layihəyə cəlb olunan uşaqların valideyinlərinin xahişi ilə onlayn konsultasiyaların təşkil olunmasına üstünlük verildi.  
Fərdi məşğələlərin  davamlı təşkili nəzərdə tutulub:
“Əlil Qadınlar Cəmiyyəti”İctimai Birliyi (ƏQC.İ.B) psixoloji ağır gərgin vəziyyətli ailələrin uşaqlarının bir çoxuna özlərinin bütün imkanlarını üzə çıxarmaqda kömək edir. Biz bunu hər bir vəziyyətə uyğun proqramlar işləyib hazırlamaqla uşaqlara kömək edirik və bunu gələcəkdə də başqa uşaqlara kömək etməklə davam etdirəcəyik.