Layihə üzrə cəlb olunan sağlamliq imkanlari məhdud uşaqlar üçün səyyar pisixo -sosial reabilitasiyasi üzrə 100-uşağa xidmət göstərilmişdir. “Əlil Qadınlar Cəmiyyəti” İB-nin əlillik sahəsində uzun müddətli təcrübəsi və peşəkar kadrlarının olması fəaliyyətin yüksək səviyyədə təşkilinə və layihənin uğurla icrasına imkan yaratmışdır. Dövlət orqanları ilə sıx əməkdaşlıq əlaqələri qurulmuşdur. Həyata keçirilmiş layihə çərcivəsində psixoloji sosial xidmətlərin göstərilməsinə   ehtiyyacı olan uşaqların sosial dəstəyə cəlb olunması fəaliyyətinin davam etdirilməsinə dair məlumatlılığın artırılması ilə bağlı hüququ cəhətdən geniş şəkildə bilgilər əldə etmişlər.


Təşkilatın həyata keçirdiyi proqram bölgələrdə psixoloji sosial xidmətlərin göstərilməsinə ehtiyyacı əhali qrupunun problemlərinin aradan qaldırılmasında, ƏQC.İB-nin bölgə şöbəlırinin dəstəyi ilə davamlı nəzarətdə saxlanılmış, ağır gərginliyi olan uşaqlar üçün lazımi qabaqlayıcı tədbirlər həyata keçirilmişdir. Ailələr arasında psixoloji dəstəyə ehtiyyacı olan uşaqların eyni zamanda sosial dəstəyə cəlb olunması fəaliyyətinin davam etdirilməsi sosial təhlükəsizliyə məruz qalma riskinin azalmasında mühüm rol oynamışdır. Səyyar pisixo -sosial reabilitasiya   xidmətlərin təşkili uşaqların hüquqlarının dəstəklənməsi ilə əlaqədar müraciət edən insanların hüquqlarının bərpa olunmasına yardımlar olunmuşdur. Uşaqların valideyinləri arasında  bərabər  huquqa  malik  olduqlari barədə maarifləndirmə işləri aparılmlmışdır. Rayonlarda ƏQC.İB rəhbərliyinə muraciət eden uşaqların huquqi əlillik problemlerinin  həllinə köməklik  olunması  ücün, aidiyyati orqanlara  müraciət edilmişdir. Nəticə etibarilə əhali arasında müsbət nəticələr əldə olunmuşdur. Aparılmış maarifləndirmə işləri nəticəsində bilavasitə yerlərdə sosial problemlər öyrənilmişdir ki, bu da qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində tövsiyyələrin hazırlanması ilə bağlı iştirakçılara baza bilikləri vermişdir. Sosial layihələrin həyata keçirilməsində  sosial problemlərin region səviyyəsində öyrənilməsi  təşkilatın  nəzəri bazasının ilkin təsiri olmuşdur.